Bakıda növbəti Rusiya-NATO danışıqları keçiriləcək
Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropadakı Müttəfiq Qüvvələri Komandanlığının rəhbəri Tod Uolterslə danışıqlar aparacaq.
1news.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
"Bakıda olduğu müddətdə Baş Qərargah rəisi Valeri Gerasimov NATO-nun yüksək səviyyəli nümayəndəsi Tod Uolterslə görüşəcək", deyə məlumatda bildirilir.
Həmçinin, onun respublikanın hərbi-siyasi rəhbərliyi ilə də danışıqlar planlaşdırılır.
P.S.
486