Bakıda “FotoMən” fotoqrafiya kursları başlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “FotoMən” fotoqrafiya kursları başlayıb – FOTO

13:18 - 22 / 10 / 2017
Bakıda “FotoMən” fotoqrafiya kursları başlayıb – FOTO

Oktyabrın 21-də “FotoMən” fotoqrafiya kursunun açılışı olub.

Fotoqrafiya kursu “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət carçısı” layihəsinin təşkilatçılığı, YARAT Müasir İncəsənət Məkanının tərəfdaşlığı və “ASAN radio”nun media dəstəyi ilə həyata keçirilir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, peşəkar fotoqraflar tərəfindən keçiriləcək təlimlərin əsas məqsədi fotoqrafiya sahəsinə maraq göstərən gənclərin bu istiqamətdə maarifləndirilməsidir.

Müsahibə yolu ilə seçilmiş 40 iştirakçı görüşlərdə iştirakla yanaşı, studiya çəkilişlərində iştirak edəcək, qrup işlərini və ev tapşırığını yerinə yetirəcəklər.

“ASAN xidmət”in fotoqrafı Emin Əlizadənin rəhbəri olduğu “FotoMən” layihəsinin sonunda iştirakçıların çəkdiyi şəkillərdən ibarət fotosərgi təşkil olunacaq.

Qeyd edək ki, təlimlər peşəkar fotoqraflar Orxan Aslanov, Rüfət Abbas, Xalid Zeynalov, İsmail Rzayev, Raj Steven, Fuad Babayev, Məhəmməd Türkmən, Vüqar İbadov, Elxan Qəniyev və Fəxriyyə Məmmədova tərəfindən keçiriləcək.

Babək Cahandarov

Paylaş:
3016

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər