Bakıda daha bir müəllim-şagird davası – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda daha bir müəllim-şagird davası – VİDEO

15:16 - 06 / 12 / 2018
Bakıda daha bir müəllim-şagird davası – VİDEO

Bakıda peşə liseylərinin birində müəllimlə şagird mübahisə edib.

1news.az-ın “Xəzər Xəbər”ə istinadən verdiyi məlumata görə, xoşagəlməz kadrlar sinifdə olan şagirdlərin biri tərəfindən çəkilib. Sözügedən kadrlar 12 nömrəli Bakı Peşə Liseyində çəkilib.

Araşdırma zamanı məlum olub ki, hadisə peşə liseyində 307 nömrəli qurupda təhsil alan şagird Elvin Xəlilov ilə liseyn istehsalat-təlim ustası Oktay Allahverdiyev arasında yaşanıb. Səbəb sinifdə uşaqların səs salması olub. Elvin Xəlilov iddia edib ki, mübahisə zamanı Oktay Allahverdiyev hətta onu vurub.

Şagirdin bu iddialarından sonra adı hallanan Oktay Allahverdiyev isə bildirib ki, dərs başlayan kimi şagirdlər səs salmağa başlayıb. Bundan sonra o, şagirdə yaxınlaşaraq səs salmamasını istəyib. Ancaq onu vurmayıb.

Məsələ ilə bağlı Liseyin Tərbiyə işləri üzrə direktor müavini Səməd Nəbiyev söyləyib ki, məlum videodakı hadisədən bu günə qədər ümumiyyətlə məlumatsız olublar.

S.Nəbiyev həmin qrupun liseyin problemi qrupu hesab olunduğunu, orada oxuyan şagirdlərin dərs zamanı nizam-intizam qaydalarını pozmaları haqda bir neçə dəfə aidiyyatı qurumlara da məlumat verildiyini bildirib.

Qeyd edək ki, videogörüntünün oktyabr ayının sonunda çəkildiyi bildirilir.

1news.az

Paylaş:
565

Son xəbərlər

Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29
Bütün xəbərlər