Bakıda çoxmənzilli bina istismara verildi, sakinlərə yerindəcə çıxarışlar təqdim edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda çoxmənzilli bina istismara verildi, sakinlərə yerindəcə çıxarışlar təqdim edildi - FOTO

17:41 - 15 / 03 / 2019
Bakıda çoxmənzilli bina istismara verildi, sakinlərə yerindəcə çıxarışlar təqdim edildi - FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərmana uyğun olaraq bu gün “İdeal İnşaat MTK" ya məxsus 9 bloklu çoxmənzilli binanın istismara verilməsi mərasimi keçirilib.

1news.az xəbər verir ki, mərasimdə Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları tərəfindən sakinlərə səyyar qaydada çıxarışlar təqdim edilib.

Qeyd edək ki, burada ümumilikdə 561 mənzil var və mənzilərin 50 faizdən çoxu istismar olunur.

Sakinlər dövlət başçısına imzaladığı bu fərmana görə öz dərin təşəkkürlərini bildiriblər. Onların sözlərinə görə, çıxarışları almaları işlərini asanlaşdıracaq.

Bina sakini Arif Qarabağlı bildirib ki, dövlət başçısının müvafiq fərmanı barədə xəbəri böyük sevinclə qarşılayıblar:

“İki il idi ki, burda yaşayırıq. Amma çıxarış yox idi. Bu da təbii ki, bəzi problemlər yaradırdı. Məsələn, evi satmaq istəyəndə, yaxud kiminsə adına keçirməkdə bu problemlər özünü göstərirdi. Çünki mənzilin çıxarışı onun tam qanuni olması, mülkiyyət hüququnun tanınması deməkdir”.

Digər sakin Samir Ələsgərov da Prezidentə özü və ailəsi adından təşəkkürünü çatdıırb. Bildirib ki, yerindəcə çıxarışla təmin edilmələri dövlət başçısının öz vətəndaşlarına verdiyi dəyərin göstəricisidir.

Bina sakini Lalə Əliyeva da iki ildir burada yaşayır, bu gün çıxarış almasından böyük sevinc hissi keçirdiyini vurğulayıb.

Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev isə jurnalistlərə deyib ki, dövlət başçısı tərəfindən vətəndaşları narahat edən bütün problemlərin aradan qaldırılması istiqamətində mütamadi addımlar atılır. Həmin addımlar müxtəlif fərmah və sərəncamlarla öz təsdiqini tapır. Onun sözlərinə görə, bu addımlardan biri də fevralın 19-da cənab Prezident tərəfindən imzalanmış bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmandır.

“Bu, uzun müddətdir insanların yaşadığı binaların rəsmi olaraq istismara qəbul olunmasını nəzərdə tutur. Bu gün həmin binlardan artıq 6-sı istismara verildi. Hesab edirəm ki, bina sakinləri üçün çox gözəl bir xəbərdir və onlara bir hədiyyədir.

Bu bina ilə yanaşı, daha beş binada istismara qəbulolunma prosesi tamamlanıb, həmin çoxmənzilli binaların ikisi Yasamal rayonunda 7-ci Alatava deyilən ərazisdə, biri Zərdabi MTK tərəfindən tikilmiş Zərdabi prospektində, digər biri isə Səməd Vurğun küçəsində yerləşir.

Burada təxminən 561 mənzil var və mənzilərin 50 faizdən çoxu istismar olunur. Fərmanın da əsas predmeti odur ki, vətəndaşlar tərəfindən uzunmüddətdir istismar olunan binalarda sənədləşmə prosesi tamamlansın və onlar rəsmi olaraq dövlət tərəfindən tanınsın. Bu olmasa, insanların mülkiyyət hüququ tanınmaz, zəhmətlə aldıqları mənzillərin sahibi sayılmazlar. Amma cənab Prezident bu fərmanı, humanist addımı ilə vətəndaşlara çox böyük hədiyyə etdi”,- deyə PA rəsmisi vurğulayıb.

Əlavə edib ki, Əmlak Məsələləri Dövlət Komitəsinin fərmanda nəzərdə tutulmadığı halda, bu fərmanın icrasına kömək məqsədilə səyyar çıxarış müraciəti təqdim etdi, burda sakinlərin bütün ərizələrini qəbul etdilər.

PA rəsmisi deyib ki, bu gün ümumilikdə hesablamalara görə, Azərbaycanda 330 çoxmənzilli binada 70 minə yaxın mənzil var ki, həmin mənzillərin 70 faizində artıq insanlar məskunlaşıb

O deyib ki, fərman bütün Azərbaycan ərazisini əhatə edir, hazırda Gəncədə 13, Sumqayıtda 13, Abşeronda 36 çoxmənzilli bina var Fövqəladə Hallar Nazirliyinə bütün bu binlarda müvafiq yoxlamaların aparılması üçün tapşırıq verilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov isə jurnalistlərə bildirib ki, təkcə bu ünvanda deyil, digər ünvanlarda da binalar istismara qəbul olunduqca, mobil ofisləri vasitəsilə vətəndaşlara ünvanlarda xidmət göstərəcəklər və qısa zamanda da çıxarışları hazırlatıb, təqdim edəcəklər. Onun sözlərinə görə, vətəndaşların arzusundan asılı olaraq, çıxarışlar elektron şəklində də hazırlana bilər. Keçən ildən elektron çıxarışların hazırlanıb təqdim edilməsinə başlanılıb.

P.S.

 

Paylaş:
2099

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər