Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib - FOTO

21:24 - 13 / 03 / 2018
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib - FOTO

Hindistanın Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib.

1news.az xəbər verir ki, biznes forumda çıxış edən Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib ki, iki ölkə arasında biznes əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Bu əlaqələrin inkişafı Azərbaycan və Hindistan hökumətlərinin prioritetləri arasındadır. Diplomat vurğulayıb ki, bu gün Bakıda Hindistan məhsullarının sərgisi də açılıb. Orada 95-ə yaxın şirkət təmsil olunur. Sərgidə şirkətlərin müxtəlif məhsulları təqdim edilir.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev vurğulayıb ki, iki ölkənin surətli inkişafı əməkdaşlığı genişləndirməyə imkan verir. Bu biznes dialoqun uğurlu nəticələrə gətirib çıxaracağına əminik. Onun sözlərinə görə, hökumətlərarası komissiyanın fəaliyyəti də əlaqələrin inkişafında müsbət rol oynayır. İkitərəfli ticarət dövriyyəsi də artmaqdadır. Ötən il bu göstərici 463 milyon dollar təşkil edib. O deyib ki, iki ölkə turizm, əczaçılıq və bir sıra digər sahədə əməkdaşlığa maraq göstərir.

Nazir müavini vurğulayıb ki, Azərbaycanla Hindistan arasında çarter və birbaşa reyslərin açılması üçün danışıqlar aparılır.

AZPROMO-nun sədri Rüfət Məmmədov bildirib ki, iki ölkə arasında sıx ticarət münasibətləri var. Hindistan Azərbaycanın 15 əsas ticarət tərəfdaşlarından biridir. Ölkədə 15-dən çox Hindistan şirkəti fəaliyyət göstərir.

R.Məmmədov vurğulayıb ki, Azərbaycanda Hindistan iş adamlarının fəaliyyəti üçün çox yaxşı şərait var.

Hindistanın  PHD Ticarət və Sənaye Palatasının komitə rəhbəri Purshottam Bhaqeria deyib ki,  Azərbaycan və Hindistan arasında yaxın dostluq münasibətləri var. Hazırda əməkdaşlıq üçün hədsiz imkanlar mövcuddur. 

Sonda Hindistan-Azərbaycan biznes forumu çərçivəsində PHD Ticarət və Sənaye Palatası  (CCİ)  və Azərbaycan  İxracın və İnvestisiyalarının Təşviqi Fondu (AZPROMO), eləcə də PHD Ticarət və Sənaye  Palatası və  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında ayrılıqda Anlaşma Memorandumu  imzalanıb.

Pərvanə Sultanova

Paylaş:
950

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər