Bakıda Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimi olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimi olub – FOTO

13:27 - 19 / 11 / 2017
Bakıda Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimi olub – FOTO

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkında Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzinin açılış mərasimi baş tutub.

1news.az-a AMEA-dan verilən xəbərə görə, “Azərbaycan-Çin Texnologiya Transferi Mərkəzi” Beynəlxalq texnologiyaların köçürülməsi, birgə yüksək texnologiyalı məhsulların yaradılması və təşviqi sahəsində əməkdaşlıq məqsədi ilə yaradılıb.

Mərkəzin yaradılmasında əsas hədəf Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında yüksək texnologiyalar sahəsinin birgə inkişaf etdirilməsidir.

Mərkəzin açılış mərasimində AMEA YT Parkın rəhbərliyi, Çin-Rus İnnovasiya Texnoparkının rəhbərliyi, Çin iş adamları və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasından nümayəndələr iştirak edib.

Tədbirdə Çin-Rusiya İnnovasiya Texnoparkının baş direktoru Çjan Jençjuna yeni texnologiyalar sahəsində Çin-Rusiya regionu üzrə ilk hökumətlərarası və dövlətlərarası təşkilat olan texnoparkın post-sovet ölkələri ilə böyük əməkdaşlıq təcrübəsinə malik olduğunu bildirib. O qeyd edib ki, texnoparkın ərazisində yeni materialların hazırlanması, biofarmasevtik, elektron və mexaniki sistemlərin inteqrasiyası, yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 350 rezident fəaliyyət göstərir. Yeni yaradılan mərkəz Azərbaycan və Çin arasında beynəlxalq əməkadaşlığa yeni töhvələr verəcək, Azərbaycanda innovasiya ekosisteminin qurulmasıni sürətləndirəcək.

AMEA Yüksək Texnologiyalar Parkının direktoru Vüqar Babayev milli innovasiya sistemini genişləndirmək üçün uğurlu layihələrin həyata keçirilməsinin və bu sahəyə investisiya axınının gücləndirilməsinin zəruriliyini vurğulayıb. Texnologiyaların ticarətində elmin inkişaf etdirilməsi, yeni və yüksək texnologiyaların təşviq edilməsi, birgə laboratoriyaların yaradılmasına böyük təkan verəcək. O qeyd edib ki, elm, texnologiya və innovasiya vasitəsilə milli iqtisadi inkişafa töhfə vermək məqsədilə beynəlxalq əlaqələrin genişlənməsi innovasiya siyasətinin həyata keçirilməsi üçün infrastrukturun yaradılmasında mühüm rol oynayır.

Görüş zamanı AMEA YT Park ilə Çin-Rusiya İnnovasiya Texnoparkı arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən tərəflər birgə elmi-texniki proqramlar, innovativ layihələr həyata keçirəcək, innovasiya və sənaye infrastrukturunun inkişafı sahəsində informasiya mübadiləsi aparacaqlar.

Çin-Rusiya İnnovasiya Texnoparkının rəhbərliyi səfər çərçivəsində Bakıda bir sıra görüşlər də həyata keçirəcək.

S.Xankişiyeva

 

Paylaş:
773

Son xəbərlər

“TuranBank” 2024-cü ilin I rübünün nəticələrini elan etdiBu gün, 19:55Qırmızı Meydan ziyarətçilərə bağlanıbBu gün, 17:46Azərbaycan elektromobil idxalını artırıbBu gün, 17:40AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıbBu gün, 17:38Növbəti hərracda kiçik dövlət müəssisəsi və 18 nəqliyyat vasitəsi satılıbBu gün, 17:28Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıbBu gün, 17:11ANAMA azad edilmiş ərazilərə köçürüləcək fermerlərə təlim keçirilir - FOTOBu gün, 17:02Zaur Bayramov: Məqsədimiz sağlam həyat tərzinin təbliği və idmanın kütləviləşməsidirBu gün, 16:50DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO - VİDEOBu gün, 16:43Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir şəxs saxlanılıbBu gün, 16:17Milli Məclisin 19 apreldə keçirləcək iclasının gündəliyi açıqlanıb - SİYAHIBu gün, 16:10Bakcell böyük yeniliklərə hazırlaşırBu gün, 15:59Yaxın günlərdə 156 ailə Füzuli şəhərinə köçürüləcəkBu gün, 15:52Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - FOTOBu gün, 15:49Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06
Bütün xəbərlər