Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilib – FOTO

14:13 - 10 / 10 / 2018
Bakıda “Avrasiya” Koordinasiya Şurasının iclası keçirilib – FOTO

Azərbaycanın paytaxtı MDB ölkələrinin milli aeronaviqasiya xidməti provayderlərini birləşdirən “Avrasiya” Koordinasiya Şurasının 35-ci müşavirəsinə ev sahibliyi edib.

1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin xidmətindən verilən məlumata əsasən, müşavirədə 15 ölkədən 90 iştirakçı, o cümlədən MDB ölkələri -  Azərbaycan, Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistanın milli aeronaviqasiya xidməti provayderlərinin baş direktorları, həmçinin İCAO, Dövlətlərarası Aviasiya Komitəsi, İATA və digər beynəlxalq aviasiya təşkilatlarının nümayəndələri iştirak ediblər.

Oktyabrın 10-da AZAL prezidenti Cahangir Əsgərov müşavirəni giriş sözü ilə açıb. Daha sonra müşavirə “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin direktoru Fərxan Quliyev və “Avrasiya” Koordinasiya Şurasının Sədri – “Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası” FUDM-nin baş direktoru İqor Moiseenkonun çıxışları ilə davam edib.

Hava daşınmalarına artan tələbatı və Avrasiya ölkələrinin strateji geosiyasi mövqeyini nəzərə alaraq, aeronaviqasiya təminatının harmonizasiyası və bu ölkələr arasında hava məkanının təşkilinin uzunmüddətli birgə planlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Müşavirə zamanı “Avrasiya” üzv dövlətlərinin milli aeronaviqasiya xidməti provayderlərinin nümayəndələrinin MDB dövlətlərinin aeronaviqasiya sistemlərinin vəziyyəti və inkişaf planları barədə məruzələri dinlənilib.

Əsas diqqət aşağıdakı məsələlərə yönəldilib:

- pilotsuz uçuş aparatlarının uçuşları və onların uçuş təhlükəsizliyinə təsiri;

- azad marşrutların hava məkanı və “Avrasiya” regionunda tətbiqi perspektivləri;

- Avropa hava məkanının müasirləşdirilməsi və hava məkanı sahəsində milli strategiyalar;

- mülki aviasiyaya dair sazişin iştirakçısı olan dövlətlərin mülki aviasiya sahəsində uçuşlarının təhlükəsizlik vəziyyəti;

- “Avrasiya” şurasının üzv dövlətlərinin milli hava hərəkətinin təşkili sistemlərinin harmonizasiyası.

İclasda İCAO, İATA və Dövlətlərarası Aviasiya Komitəsi kimi beynəlxalq təşkilatların nümayəndələri də məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, “Avrasiya” Koordinasiya Şurası 1999-ci ildə yaradılmışdır. Onun təsisçiləri “Hava Hərəkətinin Təşkili üzrə Dövlət Korporasiyası” FUDM (Rusiya), “Kazaeronaviqasiya” RDM (Qazaxıstan), “Azəraeronaviqasiya” (Azərbaycan), “Belaeronaviqasiya” DM (Belarus), "Kırqızaeronaviasiya” DM (Qırğızıstan), “Tadjikaeronaviasiya” DUM (Tacikistan)  və “Uzaeronaviqasiya” Mərkəzidir (Özbəkistan).

S.Xankişiyeva

Paylaş:
412

Son xəbərlər

QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub07 / 05 / 2024, 17:50Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb07 / 05 / 2024, 17:49Azərbaycanda hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib07 / 05 / 2024, 17:46Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib07 / 05 / 2024, 17:34Novruz Məmmədov vəzifəsindən azad edildi07 / 05 / 2024, 17:31Ev dustaqlığında olan vəzifəli şəxs həbs edildi07 / 05 / 2024, 17:26Bakıda qaçırdığı avtomobillə yol qəzası törətmiş yeniyetmə saxlanılıb - FOTO - VİDEO07 / 05 / 2024, 17:12Vəkillər Kollegiyasının rəhbərliyinin iştirakı ilə Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib07 / 05 / 2024, 17:09Bakıda iaşə obyektindəki hadisənin qida zəhərlənməsi ilə heç bir əlaqəsi olmayıb - AQTA-dan açıqlama - YENİLƏNİB07 / 05 / 2024, 16:45Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir07 / 05 / 2024, 16:42Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb07 / 05 / 2024, 16:26İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB07 / 05 / 2024, 16:12“EFES - 2024” təliminə cəlb edilən Azərbaycan Ordusunun növbəti heyəti Türkiyəyə yola düşüb - VİDEO07 / 05 / 2024, 16:08Bolqarıstan Prezidenti Azərbaycana rəsmi səfərə gəlib07 / 05 / 2024, 16:04Sumqayıtda təhsil müəssisəsində 250 min manatdan artıq pul vəsaiti mənimsənilib07 / 05 / 2024, 15:59İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB07 / 05 / 2024, 15:47Bakıdan Rusiya sərhədinə gedən magistral yolda piyada keçidi inşa edilib07 / 05 / 2024, 15:38Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib07 / 05 / 2024, 15:26Dənizdə dalğanın hündürlüyü 4.4 metrə çatıb - Faktiki hava07 / 05 / 2024, 15:19Moody’s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb07 / 05 / 2024, 14:59
Bütün xəbərlər