Bakı Olimpiya Stadionu UEFA-nın Elit Stadionları siyahısına daxil edilib | 1news.az | Xəbərlər
İdman

Bakı Olimpiya Stadionu UEFA-nın Elit Stadionları siyahısına daxil edilib

11:52 - 06 / 06 / 2019
Bakı Olimpiya Stadionu UEFA-nın Elit Stadionları siyahısına daxil edilib

2015-ci ildən fəaliyyətə başlayan və hər il azı bir beynəlxalq turnirə ev sahibliyi edən Bakı Olimpiya Stadionu UEFA tərəfindən mükafatlandırılıb.

Bu barədə 1news.az-a Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, Bakı Olimpiya Stadionu aralarında “Allianz Arena”, “Aviva Stadium”, “Kamp Nou” və “Santiago Bernabeu” kimi dünyaca məşhur stadionlar olan UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.

Xatırladaq ki, Avropanın ikinci ən nüfuzlu klub turniri olan UEFA Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilib. AFFA-nın və Yerli Əməliyyat Komitəsinin əməkdaşlarının peşəkar təşkilatçılığı, hüquq-mühafizə orqanlarımızın yüksək təhlükəsizlik tədbirləri, KİV nümayəndələrinin media işi, könüllülərimizin tamaşaçı xidmətləri və stadionu dolduran azarkeşlərin dəstəyi nəticəsində Bakı mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə daim hazır olduğunu bir daha sübut etdi.

Bakı Olimpiya Stadionu gələn il UEFA-nın 60 illiyi münasibəti ilə ilk dəfə olaraq 12 müxtəlif stadionda keçiriləcək "Avro 2020"nin əsas stadionlarından biridir. Burada üç qrup matçı və bir 14 final qarşılaşması oynanılacaq.

1news.az

Paylaş:
1511

Son xəbərlər

Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16
Bütün xəbərlər