Bakı metrosunda cibgirlər yaxalandı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosunda cibgirlər yaxalandı – FOTO

12:20 - 19 / 12 / 2018
Bakı metrosunda cibgirlər yaxalandı – FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında və qatarlarda cinayətkarlığa qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın “28 May” stansiyasının platformasında cibindən “İphone 5S” markalı mobil telefonunun oğurlandığını bildirib.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, “20 Yanvar” stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib.

Abşeron rayon sakini olan qadının “Samsung” markalı mobil telefonunun metronun “Nizami” stansiyasında oğurlanması barədə daxil olmuş digər müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev polis əməkdaşları tərəfindən metronun “28 May” stansiyasının yaxınlığına saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
364

Son xəbərlər

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08
Bütün xəbərlər