Bakı hər bir rəssam üçün gözəl şəhərdir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı hər bir rəssam üçün gözəl şəhərdir - FOTO

10:39 - 19 / 11 / 2018
Bakı hər bir rəssam üçün gözəl şəhərdir - FOTO

Bakıdakı Muzey Mərkəzinin sərgi qalereyasında Portuqaliyanın məşhur rəssamı Karlos Motanın “Found and findings” adlı beynəlxalq rəsm sərgisi açılıb.

1news.az xəbər verir ki, sərgi Mədəniyyət Nazirliyinin dəstəyi, Portuqaliyanın Azərbaycandakı nümayəndəliyi və fəxri konsulluğunun təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılış mərasimində Mədəniyyət Nazirliyinin aparat rəhbəri Fikrət Babayev çıxış edərək bildirib ki, belə tədbirlərin təşkili Portuqaliya və Azərbaycan arasında ikitərəfli mədəni əlaqələri inkişaf etdirir. O, dünyaca məşhur rəssam Karlos Motanın sərgisinin Bakıda açılmasını əlamətdar mədəni hadisə adlandırıb: “Biz rəssamın əsərlərinin ölkəmizin ən aparıcı sərgi salonlarından birində nümayişindən məmnunuq”.

Portuqaliyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Jorge Qabriel Silva da Fonseca bildirib ki, cari ilin yanvar ayında mədəniyyət naziri Əbülfəs Qarayevin Portuqaliyaya səfəri mədəni əlaqələrimizin inkişafına təkan verdi. Gələcəkdə qarşılıqlı olaraq bu istiqamətdə tədbirlər davam etdiriləcək.

Rəssam haqqında danışan diplomat deyib ki, K.Mota Portuqaliyanın istedadlı şəxslərindən biridir, o, xüsusi texnikadan istifadə edərək əsərlər yaradır.

Rəssam K.Mota çıxışında Azərbaycana ilk dəfə gəldiyini, paytaxt Bakının onu heyran etdiyini deyib: “Burda olmağımdan çox məmnunam. Bakı istənilən rəssam üçün gözəl və maraqlı şəhərdir. Odlar Yurdu adlandırılan bu məkandan yeni əsərlərim yaranacaq”.

Daha sonra sərgiyə baxış olub. Rəssamın yaradıcılığı rəsmdən əlavə, fırça vəboya ilə ötürülən fövqəltəbiiliyin ifadəsidir. İstifadə olunan materialdan, əsərlərinin əsas vurğulayıcı məqamından, çoxtərəfli və dolğun ssenarisindən asılı olmayaraq, o, tamaşaçıları ruhunun ən dərin guşəsinə çəkib aparır. Bu, konsepsiyası olmayan, amma əvəzində beyni sonsuz interpretasiyalar üçün açan bir yaradıcılıqdır. Rəssamın yaradıcılığı rejissor Teresa Tome tərəfindən “Ruhun sərgüzəştləri” filmində ekranlaşdırılıb və bir sıra Portuqaliya televiziya kanallarının mədəniyyət proqramlarında işıqlandırılıb.

Qeyd edək ki, K.Mota Portuqaliyanın Ponta Delgada şəhərində anadan olub, Belçikada Brüssel İncəsənət Məktəbinin Dekorativ İncəsənət və Rəngkarlıq Mərkəzində daxili memarlıq üzrə təhsil alıb. Hazırda Lissabonda yaşayan rəssam 1993-cü ildən etibarən mütəmadi olaraq həm öz ölkəsində, həm də ondan kənarda fərdi və kollektiv sərgilər təşkil edir. Onun əsərləri Portuqaliya, İspaniya, İtaliya, Belçika, Almaniya, Hollandiya, Danimarka, Meksika, ABŞ, Kanada və Braziliya daxil olmaqla, bir sıra ölkələrdə nümayiş olunub.

Karlos Motanın əsərləri azad ruhlu olduğu üçün çoxsaylı interpretasiyaları cəmləşdirir. Bu əsərlər ərsəyə gələnə kimi rəssam müxtəlif duyğulardan ilhamlanır və izləyicilərdə xəyal etmək azadlığını tərənnüm edir.

Sərgi noyabrın 23-dək ziyarətçilər üçün açıq olacaq.

P.Sultanova

 

 

Paylaş:
617

Son xəbərlər

Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21
Bütün xəbərlər