Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş edildi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş edildi – FOTO

10:51 - 23 / 10 / 2018
Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş edildi – FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) möhtəşəm Konqres zalında Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan “Nəsimi” filminin 45 illiyi münasibəti ilə filmin özü nümayiş olunub.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş bu film Azərbaycanın görkəmli rejissoru Həsən Seyidbəylinin rəhbərliyi altında çəkilmişdir.

Ali Məktəbdə ilk dəfə nümayiş etdirilən filmi BANM-ın tələbə və professor-müəllim heyətilə yanaşı rektor Elmar Qasımov, Azərbaycan Respublikasının Xalq artisti, “Şərəf” və "Şöhrət" ordenli görkəmli Azərbaycan aktyoru Rasim Balayev, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycanın xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov və filmdə “Fatma” obrazını canlandıran Azərbaycan Respublikasının əməkdar artisti Xalidə Quliyeva izləyiblər.

Yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilən filmdə baş rolu aktyor Rasim Balayev oynayıb. Bu rol o zaman 25 yaşında olan aktyorun ilk işi olub. 

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
465

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər