1news.az

Bakı Ali Neft Məktəbində “Donor günü” keçirildi

5 Dekabr saat 10:57 ~ 1 dəqiqəlik oxu 104
 Bakı Ali Neft Məktəbində “Donor günü” keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) “Donor günü” adı altında növbəti xeyriyyə aksiyası - qanvermə aksiyası keçirilib.

1news.az-a BANM-dan verilən məlumata görə,  aksiya Səhiyyə Nazirliyinin Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə SOCAR-in birgə təşəbbüsü əsasında baş tutub. “Donor günü”ndə BANM-in kollektivi könüllü olaraq bu humanist aksiyaya qoşulublar.

Aksiya  Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının səyyar həkim briqadasının köməyi ilə bütün sanitar qaydaların tam təminatı şəraitində baş tutub.         

Qeyd edək ki, BANM-də  keçirilən aksiyanın əsas məqsədi talassemiyadan əziyyət çəkən və davamlı olaraq qan köçürülməsinə ehtiyyacı olan uşaqlara dəstək olmaqdır. Şirkətin humanitar və sosial layihələri çərçivəsində həyata keçirilən qan verilməsi xeyriyyə aksiyası hər il SOCAR-in bütün müəssisələrində olduğu kimi BANM-də də davamlı keçirilir. Ali Məktəbin müəllim-professor heyəti və digər əməkdaşları bu tip aksiyalarda hər zaman  fəal iştirak edirlər.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net