Bakı Ali Neft Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

11:25 - 19 / 01 / 2018
Bakı Ali Neft Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı Ali Neft Məktəbində (BANM) 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri açan BANM-ın Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 Yanvar faciəsi ilə bağlı respublikada və dünyanın müxtəlif ölkələrində silsilə tədbirlərin keçirildiyini qeyd edib. 20 Yanvar hadisələri haqqında danışan prorektor vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib. Ramiz Hümbətov 20 Yanvar faciəsinə ilk olaraq Ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini vurğulayaraq qeyd edib ki, faciə baş verən günün səhəri öz yaxınları ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev öz çıxışında törədilən qırğını kəskin pisləyib və buna imza atanlara qəti narazılığını bildirərək Moskva rəhbərliyini sərt tənqid edib.

Daha sonra Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan III kurs tələbələri Fərdin Vətəni və Murad Süleymanlı 28 il bundan öncə baş vermiş bu dəhşətli hadisənin təfərrüatları ilə bağlı hazırladıqları geniş təqdimatda 20 Yanvar faciəsinin tək Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır faciələrdən biri olduğunu göstəriblər.

20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışan BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev sovet ordusunun törətdiyi bu qanlı cinayətin əslində keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirdiyini, Azərbaycanda müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd edib.

Tədbirin sonunda Ali Məktəbin prorektoru Ramiz Hümbətov gəncləri bu faciəni törətmiş şəxslərin ədalət qarşısında cavab verməsi üçün daha böyük səylə çalışmağa, bununla bağlı həqiqətləri yaymaqda fəal olmağa səsləyib.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun müvafiq əmri ilə BANM-də 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı bir sıra tədbirlər planı həyata keçirilib. Tədbirlər planına əsasən, BANM-də 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa keçirilib, tələbələrə dərslər zamanı 20 yanvar faciəsi haqqında məlumatlar verilib və Ali Məktəbin kollektivi müqəddəs Şəhidlər xiyabanını ziyarət edərək 20 Yanvar şəhidlərinin əziz xatirəsini böyük ehtiramla yad ediblər.

1news.az

 

Paylaş:
654

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər