Bakı Ali Neft Məktəbi Ernst&Youngla əməkdaşlığa başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Ali Neft Məktəbi Ernst&Youngla əməkdaşlığa başlayır

10:24 - 17 / 01 / 2018
Bakı Ali Neft Məktəbi Ernst&Youngla əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Ernst&Young” (EY) şirkətinin Azərbaycan üzrə İdarəedici Partnyoru İlqar Vəliyev və şirkətin İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf üzrə xidmətlərin təcrübə rəhbəri Günel Fərəcova ilə görüşüb.

1news.az-a BANM-dan verilən məlumata görə,   görüş zamanı rektor qonaqları Ali Məktəbdə görməyə şad olduğunu bildirərək, BANM-ın fəaliyyəti, strukturu, əldə etdiyi nailiyyətlər və yaxın gələcəyə olan planları haqqında məlumat verib. Rektor Günel Fərəcovanın  BANM tələbələrinə keçirdiyi “İqlim dəyişikliyi və Dayanıqlı İnkişaf” üzrə seminarın tələbələr arasında böyük maraqla qarşılandığını bildirərək, EY tərəfindən bu və oxşar tipli seminarların təşkil olunmasını böyük qiymətləndirib və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsini istəyib.

İ.Vəliyev EY şirkətinə olan diqqət və marağa görə E. Qasımova təşəkkür edib, daha sonra EY-ın fəaliyyət istiqamətləri, xüsusilə konsaltinq xidməti haqqında geniş məlumat verib. Şirkətin  İdarəedici Partnyoru qeyd edib ki, bu istiqamət üzrə fəaliyyətdə EY həm Ali Məktəbdə səmərəliliyin artırılması üzrə məsləhətlər verə bilər, həmçinin BANM-ın gələcək mühəndis məzunlarını EY şirkətinə işə cəlb etməkdə maraqlı ola bilər.

Görüş zamanı EY tərəfindən BANM üçün davamlılıq və dayanıqlılıq hesabatının hazırlanması, BANM tələbələrinin menecer bacarıqlarının inkişaf etdirilməsi üçün EY şirkətinə təcrübəsinin təşkil olunması, EY tərəfindən karyera və dayanıqlı inkişaf mövzularında təlimlərin keçirilməsi kimi əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər görüşün sonunda bir neçə fəaliyyət istiqaməti üzrə qarşılıqlı razılığa gəliblər.

Qeyd edək ki, EY Azərbaycanda 1994-cü ildən bəri fəaliyyət göstərən ilk beynəlxalq audit şirkətidir.

 1news.az  

 

 

Paylaş:
521

Son xəbərlər

Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59
Bütün xəbərlər