1news.az

Bakıda Yaponiyanın milli günü münasibətilə tədbir keçirilib - FOTO

5 Dekabr saat 21:56 ~ 1 dəqiqəlik oxu 581
Bakıda Yaponiyanın milli günü münasibətilə tədbir keçirilib - FOTO

Dekabrın 5-də Yaponiyanın Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İmperatorun ad günü münasibətilə rəsmi qəbul təşkil edib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Səfir Tsuquo Takahaşi bildirib ki, Yaponiya İmperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur.

Azərbaycan ilə Yaponiya arasında əlaqələrdən danışan diplomat vurğulayıb ki, yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafına töhfə verir. İki ölkə arasında siyasi, iqtisadi, təhsil, mədəniyyət sahələrində, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq daha da dərinləşir.

Səfir ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Təhsil naziri Mikayıl Cabbarov əlamətdar gün münasibətilə yapon xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr genişlənir. Azərbaycanda həyata keçirdiyi bir çox layihələrə görə Yaponiya hökumətinə minnətdarlığını bildirən Mikayıl Cabbarov ölkələrimizin müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayıb. Nazir əmin olduğunu bildirib ki, ikitərəfli münasibətlər gələcəkdə daha da möhkəmlənəcək və genişlənəcək.

Tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net