“Badamlı” yeni istehsal sahəsi açır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Badamlı” yeni istehsal sahəsi açır – FOTO

12:00 - 18 / 06 / 2019
“Badamlı” yeni istehsal sahəsi açır – FOTO

“Badamlı” təbii mineral süfrə sularının qablaşdırılması və satışı ilə məşğul olan “Gəmiqaya Mineral Sular” MMC Şahbuz rayonu Badamlı qəsəbəsində yeni istehsal sahəsi tikir.

Şirkət rəsmisi Hünbət Qəhrəmanov bildirir ki, son illərdə cəmiyyətdəki maariflənmənin nəticəsi olaraq daxili bazarda alıcılar mineral sulara, o cümlədən “Badamlı” sularına digər sulardan daha çox üstünlük verirlər.

“Bu hal təbii olaraq mineral sulara olan tələbatın qat-qat artmasına səbəb olub.“Gəmiqaya Mineral Sular” MMC-nin artan tələbatı qarşılamaq üçün yeni və daha böyük istehsal sahəsinin quraşdırılması qərarlaşdırılıb. Yeni zavod 1 hektara yaxın sahəni əhatə edəcək. Hal-hazırda fəaliyyət göstərən qablaşdırma sahəsində olduğu kimi yeni zavodda da Fransanın Sidel markalı qablaşdırma avadanlıqlarından istifadə ediləcək. Lakin istehsal gücü əhəmiyyətli dərəcədə, təqribən 3 qat artırılacaq. Bununla yanaşı işçi sayımız da artacaq.

Xarici bazarda da tendensiya müsbət yöndə dəyişir. Son illərdə ölkəmizin artan turizm potensialı bizim işlərə də öz müsbət töhfəsini verir. Belə ki, bir çox halda ölkəmizə gələn turistlər “Badamlı” sularını içib çox bəyənirlər. Bu turistlərin arasında bəzən iş adamları da olur. Onlar bizə “Badamlı” sularını öz ölkələrində satmaq üçün müraciət edirlər.

Beləliklə ixrac imkanlarımız genişlənir. Hal-hazırda Rusiya, Çin, BƏƏ, İraq kimi ölkələrə “Badamlı” sularını ixrac edirik. İxracımız ildən-ilə daha da artır. Bütün bu amilləri nəzərə alaraq bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılan yeni istehsal sahəmizin işimizi daha da sürətləndirəcəyinə inanırıq”.

Qeyd edək ki, “Badamlı” suları Azərbaycanın ilk su brendidir. 1947-ci ildən indiyə qədər Sovet İttifaqı ölkələrində içilən ən məşhur sulardan biri olub. 2009-cu ildə isə köhnə istehsal sahələri yeni texnologiyaya əsaslanan zavodla əvəz edilib. Yeni daha böyük istehsal sahəsinin isə 2019-cu ilin sonu 2020-ci ilin əvvələrində açılması planlaşdırılır.

Reklam hüququnda

 

Paylaş:
1976

Son xəbərlər

Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53
Bütün xəbərlər