“AzInTelecom” ilə ”Microsoft Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“AzInTelecom” ilə ”Microsoft Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb

18:58 - 07 / 12 / 2017
“AzInTelecom” ilə ”Microsoft Azərbaycan” arasında anlaşma memorandumu imzalanıb

Dekabrın 7-də “Bakutel 2017” sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” ilə “Microsoft Azərbaycan” arasında Anlaşma Memorandumu imzalanıb.

1news.az xəbər verir ki, tərəflər arasında əldə olunan razılığa əsasən, “AzInTelecom”un Data Mərkəzinin texniki imkanları vasitəsilə müasir, son texnologiyalara əsaslanan İKT həllərinin tətbiqinə dair birgə əməkdaşlıq ediləcək.

2016-cı ilin dekabr ayında istismara verilən “AzInTelecom”un Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III, ISO 20000 və ISO 27001 sertifikatlarına malik ilk Data Mərkəzidir. Data Mərkəzin texniki imkanları vasitəsilə “bulud” əsaslı infrastruktur həlləri təqdim edən “AzInTelecom”un bu sahədə çoxillik beynəlxalq təcrübəyə malik olan “Microsoft” şirkəti ilə əməkdaşlığa başlaması ölkə və region miqyasında çox mütərəqqi hadisədir.

Belə ki, şirkətlərin ümumi məramı ən son data texnologiyaları və xidmətləri üzrə müvafiq məlumatların müasirləşdirilməsi və IT infrastrukturunun qiymətləndirilməsi üçün informasiya təminatından, eləcə də bu sahə üzrə qarşılıqlı əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsindən ibarətdir.

Bundan əlavə, “AzInTelecom”la qarşılıqlı əməkdaşlıq şəraitində hökumət və kommersiya qurumları “Microsoft”un lisenziyalaşdırma proqramı və həlləri ilə daha təhlükəsiz şəkildə təmin olunacaq.

Potensial əməkdaşlıq çərçivəsində “AzInTelecom”da rəqəmsal texnologiyalardan istifadənin gələcəkdə daha da genişləndirilməsi və yeni İKT həllərinin tətbiqi məqsədilə birgə İşçi Qrupunun yaradılması da nəzərdə tutulub.

1news.az

Paylaş:
814

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər