AzerTelecom “BakuTel 2018” sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

AzerTelecom “BakuTel 2018” sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir – FOTO

17:00 - 06 / 12 / 2018
AzerTelecom “BakuTel 2018” sərgisində qabaqcıl telekommunikasiya xidmətlərini təqdim edir – FOTO

Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti AzerTelecom cari ilin 7 dekabr tarixinədək Baku Expo mərkəzində keçirilən “BakuTel 2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında müvəffəqiyyətlə iştirak edir.

Belə ki, artıq 10 ildir ki, ölkənin telekommunikasiya sektorunda uğurla fəaliyyət göstərən və öz fəaliyyətində hər zaman peşəkarlıq, müştəri məmnuniyyəti, dinamik inkişaf və innovativlik prinsipini rəhbər tutan şirkət sərgi müddətində yerli və xarici ziyarətçilərə, eləcə də qurumlara internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxalq tranzit, DDoS hücum əleyhinə mühafizə xidməti, FTTx (hər-hansı ünvana fiber-optik kabelin çəkilişi), Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətlərini təqdim edir.

Qeyd edək ki, sərgi günlərində Belarus, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Sinqapur, İran, Ukrayna və digər dövlətlərdən olan şirkətlərin nümayəndələri ilə müxtəlif görüşlər keçirilib, ziyarətçilərə AzerTelecom şirkəti haqqında geniş məlumat verilib, yeni əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Eyni zamanda AzerTelecom şirkətinin stendində “Huawei” şirkətinin Türkiyədən dəvət edilmiş IoT/M2M (Internet of Things - Əşyaların İnterneti/M2M-Machine-to-Machine- Maşınlararası əlaqə) sahəsi üzrə eksperti Sertaç Şamioğlu və AzerTelecom şirkətinin Baş Kommersiya Direktoru Samir Nuriyev tərəfindən müxtəlif sahələrdə “Əşyaların İnterneti”nin tətbiqi haqda info-sessiyalar təşkil olunub, stendin ziyarətçilərinə yeni rəqəmsal texnologiyalar, ağıllı şəhər və idarəetmə, kənd təssərüfatı və digər sahələrdə rəqəmsal texnologiyaların və telekommunikasiyanın rolu barədə müxtəlif təqdimatlar edilib.

AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir.  AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şirkət daim mövcud şəbəkənin yenilənməsi, infrastrukturun dayanıqlılığının artırılması, innovasiyaların tətbiqinə diqqət yetirir.

Reklam hüququnda

 

Paylaş:
713

Son xəbərlər

Builki bayram günlərində ötən il ilə müqayisədə yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53
Bütün xəbərlər