AZƏRTAC və Kazinformun beynəlxalq platformalarda daha sıx əməkdaşlığı üçün real imkanlar var – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZƏRTAC və Kazinformun beynəlxalq platformalarda daha sıx əməkdaşlığı üçün real imkanlar var – FOTO

16:52 - 16 / 12 / 2017
AZƏRTAC və Kazinformun beynəlxalq platformalarda daha sıx əməkdaşlığı üçün real imkanlar var – FOTO

AZƏRTAC və Kazinform uzun illərdən etibarən davam edən tərəfdaşlıq əlaqələrini yeni səviyyəyə qaldırmaq və daha da dərinləşdirmək niyyətindədir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan və Qazaxıstanın iki aparıcı xəbər agentliyi arasında əlaqələrin perspektivləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun Kazinformun baş redaktoru Bibinor Tanelbayeva ilə görüşündə müzakirə edilib.

AZƏRTAC-da keçirilən görüşdə beynəlxalq informasiya təşkilatlarında birgə fəaliyyətin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd olunub ki, iki dost və qardaş ölkənin əsas xəbər agentliklərinin beynəlxalq platformalarda daha sıx və səmərəli əməkdaşlığı üçün real imkanlar mövcuddur. AZƏRTAC hazırda Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir. “Ötən ilin noyabrında OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında Kazinform texniki komitənin üzvü seçildi. Kazinforma bu təşkilatda fəaliyyətini genişləndirmək üçün AZƏRTAC lazımi dəstək göstərməyə hazırdır”, - deyə baş direktor bildirib.

Bibinor Tanelbayeva Kazinformun media qurumlarda AZƏRTAC ilə daha sıx əməkdaşlıqda maraqlı olduğunu, birgə layihələrin həyata keçirilməsini dəstəklədiyini qeyd edib.

Görüşdə əlaqələrin intensivləşdirilməsi yolları, habelə müasir medianın inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

 

Paylaş:
469

Son xəbərlər

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34
Bütün xəbərlər