AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb – FOTO

17:05 - 21 / 01 / 2019
AZƏRTAC ispan dilində xəbər yayımına başlayıb – FOTO

Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC yanvarın 21-dən ispan dilində xəbər yayımına başlayıb.

İndiyədək agentlik 7 dildə - Azərbaycan, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində xəbərlər yayırdı. İspan dilinin əlavə olunması ilə agentliyin informasiya yayımını həyata keçirdiyi dillərin sayı 8-ə çatıb. Bu dildə buraxılan xəbərlər AZƏRTAC-ın saytının ispan dili versiyasında dərc olunur.

Bununla bağlı agentlikdə təqdimat keçirilib. İdarə Heyətinin sədri Aslan Aslanov qeyd edib ki, ispan dilində informasiya resursunun yaradılması Azərbaycan reallıqlarının beynəlxalq aləmdə yayılması istiqamətində AZƏRTAC-ın atdığı daha bir uğurlu addımdır. AZƏRTAC bir sıra ispandilli ölkələrin xəbər agentlikləri – İspaniyanın EFE, Argentinanın Telam, Paraqvayın İP, Kubanın Prensa Latina agentlikləri ilə sıx əməkdaşlıq edir. Eyni zamanda, hazırda Kolumbiya və digər ispandilli ölkələrin aparıcı media qurumları ilə əməkdaşlıq müqaviləsinin imzalanması üçün danışıqlar aparılır. Bildirilib ki, Azərbaycanın siyasi, iqtisadi, mədəni və bir çox digər sahələrində uğurları, həmçinin ölkəmizdə keçirilən beynəlxalq tədbirlər barədə informasiyaların 400 milyonluq ispandilli auditoriyaya çatdırılmasında bu resursun böyük önəmi olacaq. “İspan dilində redaksiyanın yaradılması agentliyin ispandilli tərəfdaşları ilə informasiya mübadiləsini daha da gücləndirmək üçün yaxşı imkanlar açacaq. Bu, Azərbaycanla bağlı reallıqların böyük coğrafi məkanda yayılmasını təmin edəcək”, - deyə Aslan Aslanov bildirib.

İspan dilində informasiya bölməsinin müdiri Nuridə Aslanova agentliyin ispandilli veb-resursu haqqında məlumat verib. Qeyd olunub ki, ölkəmizin həyatının bütün sahələrinə - iqtisadiyyat, mədəniyyət, turizm, Azərbaycan tarixinə dair ispan dilində geniş informasiya bazası yaradılıb. Bu gündən başlayaraq ölkədə baş verən mühüm yeniliklər və hadisələr haqqında xəbərlər AZƏRTAC-ın saytının ispandilli versiyasında və sosial şəbəkələrdə yayılır.

Agentliyin buraxılış üzrə baş redaktoru Elman Qədirov, multimedia və informasiya resursları redaksiyasının baş redaktoru Elşən Şahbalayev ispan dilində xəbərlərin yayımının təşkili məsələlərindən, xəbərlərin hədəf auditoriyasına çatdırılması, xarici informasiya resurslarında və sosial şəbəkələrdə əlçatan olması üçün görülən və görülməli olan işlər barədə danışıblar.

İspan dili ingilis və Çin dillərindən sonra dünyada ən çox danışılan üçüncü dildir, 21 ölkədə rəsmi dil olaraq qəbul edilib və BMT-nin 6 rəsmi dilindən biridir. Dilin yayılma coğrafiyası əsasən Avropa, Şimali Amerika və Cənubi Amerika qitələridir. Bu baxımdan AZƏRTAC-ın ispan dilində xəbər yayması dövlətin rəsmi tədbirləri, Azərbaycanın həyata keçirdiyi mühüm beynəlxalq və regional layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ispandilli ölkələrdə erməni lobbisinin anti-Azərbaycan təbliğatına qarşı informasiya mübarizəsinin aparılması istiqamətində böyük fayda verəcək. Eyni zamanda, agentlik üzvü olduğu beynəlxalq qurumlar və tərəfdaşlıq etdiyi agentliklərlə ispan dilində xəbər mübadiləsi aparacaq.

Mənbə: AZƏRTAC

S.Xankişiyeva

 

Paylaş:
554

Son xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37
Bütün xəbərlər