AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub

10:39 - 25 / 04 / 2019
AZƏRTAC 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi media tərəfdaşı olub

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və 15-ci Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi (EVENTOC) arasında rəsmi media tərəfdaşlığı haqqında müqavilə imzalanıb.

Müqaviləni AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və EVENTOC-un korporativ direktoru Elçin Səfərov imzalayıblar.

Tərəfdaşlıq müqaviləsinə əsasən, AZƏRTAC-ın rəsmi saytında festival haqqında bütün məlumatların yerləşdiriləcəyi “Bakı-2019” adlı xüsusi bölmə yaradılacaq. Agentlik Avropa Gənclər Yay Olimpiya Festivalını yüksək səviyyədə işıqlandırmaq üçün təcrübəli idman jurnalistlərini, həmçinin fotomüxbir və operatorları cəlb edəcək. Oyunlarla bağlı informasiyalar oxuculara 8 dildə, videoxəbərlər isə Azərbaycan və ingilis dillərində təqdim olunacaq.

EVENTOC-un korporativ direktoru Elçin Səfərovun sözlərinə görə, bu, yerli mətbuat qurumları ilə ilk tərəfdaşlıq müqaviləsidir və həm Azərbaycanda, həm də dünyada Avropa Gənclər Yay Olimpiya Festivalının təbliğində mühüm rol oynayacaq. Habelə festivalla bağlı xəbərlərin xarici KİV-lər vasitəsi ilə də yayılmasına şərait yaradacaq.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov agentliyin Azərbaycanda keçirilmiş bir çox idman tədbirlərinin, o cümlədən ilk Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi və digər beynəlxalq yarışların işıqlandırılmasında böyük təcrübəyə malik olduğunu vurğulayıb. Qeyd edib ki, AZƏRTAC əvvəlki tədbirlərdə qazanılmış təcrübəyə əsaslanaraq Avropa Gənclər Yay Olimpiya Festivalını da yüksək səviyyədə işıqlandırmaq üçün əlindən gələni edəcək.

İdarə Heyətinin sədri onu da bildirib ki, bu gün AZƏRTAC 150-dək xarici informasiya agentliyi ilə mütəmadi xəbər mübadiləsi aparır və 21 ölkədə müxbir məntəqəsi var. Bu, keçiriləcək festival haqqında informasiyaların geniş coğrafiyada yayılmasında və böyük auditoriyaya çatdırılmasında mühüm rol oynayacaq.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 50 ölkədən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

S.Xankişiyeva

 

Paylaş:
571

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər