“AzerGold” tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“AzerGold” tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirir – FOTO

11:10 - 19 / 12 / 2018
“AzerGold” tərəfdaşları ilə əməkdaşlığı möhkəmləndirir – FOTO

“AzerGold” QSC-nin yerli elm və təhsil ocaqları ilə əməkdaşlığı davam edir.

Dağ-mədən sənayesi və yan sahələrdə mütəxəssislərin formalaşdırılması, peşəkar artımı, innovativ texnologiya və yanaşmaların araşdırılmasını, həmçinin ölkəmizin elmi potensialının dağ-mədən sənayesində tətbiqini nəzərdə tutan əməkdaşlıq çərçivəsində treninqlər təşkil olunur, təqdimat və tədbirlər keçirilir.

Dekabrın 18-də “AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinə geoloji-kəşfiyyat və dağ-mədən sənayesinin özəllikləri mövzusunda təlim – seminar keçirib.

17-18 sentyabr tarixlərində “AzerGold” QSC-nin mütəxəssisləri üçün “ADA” Universitetində "Layihələrin idarəolunması" mövzusunda təlim təşkil edilib. 

Oktyabr ayı ərzində “AzerGold” QSC-nin mütəxəssisləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin bakalavr və magistr dərəcələrində təhsil alan tələbələri üçün “Tikinti layihəsinin hazırlanması” mövzusunda treninq keçirib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının perspektivləri” mövzusunda təqdimat təşkil edib, həmçinin “ADA” Universitetində təşkil olunan “Qabaqcıl liderlik” adlı təlimlərdə iştirak ediblər. 

Noyabrın 15-də “AzerGold” QSC-nin insan resurslarının idarəolunması şöbəsinin əməkdaşları tərəfindən “ADA” Universitetində "Karyeraya ilkin addımlar" mövzusunda təqdimat keçirilib. Bununla yanaşı, “AzerGold” QSC dekabr ayının14-də Azərbaycan Texniki Universitetində təşkil olunan Karyera Sərgisində iştirak edib.   

Eyni zamanda, təhsil ocaqları ilə konkret nümunələr üzərində tədqiqat və araşdırmaların aparılması, həmçinin innovativ layihələrin hazırlanması və tətbiqi istiqamətində əməkdaşlıq davam edir.

Qeyd edilənlərlə yanaşı, kadr potensialının möhkəmləndirilməsi məqsədilə “AzerGold” QSC tələbələr üçün təcrübə proqramları təşkil edir. Ümumilikdə, 2017 və 2018-ci illərdə “AzerGold” QSC-nin baş ofisində və Çovdar filiz emalı sahəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və “ADA” Universitetinin 60-dan çox tələbəsi təcrübə keçib.

Reklam hüququnda

 

Paylaş:
610

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər