Azercell yeni korporativ təkliflərini açıqlayır və yeni rəqəmsal məhsul portfelini təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell yeni korporativ təkliflərini açıqlayır və yeni rəqəmsal məhsul portfelini təqdim edir

12:15 - 13 / 05 / 2019
Azercell yeni korporativ təkliflərini açıqlayır və yeni rəqəmsal məhsul portfelini təqdim edir

Azercell korporativ müştərilərinin istifadəsinə “Biznesim” - yeni nəsil tarif planları və rəqəmsal xidmətlərini təqdim edir.

Yeni tarif paket abunəçilərə daha da geniş 4G sürətli internet imkanları, limitsiz şirkətdaxili zənglər və yeni Rəqəmsal Xidmətlər portfelindən yararlanmaq fürsəti ilə öncəki tarif paketlərdən xüsusilə fərqlənir. Rabitə xərclərinə nəzarət etmək, onları öncədən təyin etmək və azaltmağa kömək edəcək yeni tarif paketlər ilə əməkdaşlarınız arasında əlaqəni məkandan asılı olmayaraq təmin edə biləcəksiniz.

Əlavə olaraq, Azercell-in yeni Tarif paketlərini aktiv edən korporativ müştərilər yeni Rəqəmsal Xidmətlər portfelindən istifadə etmə imkanı əldə edirlər. Bura Domain qeydiyyatı, Web səhifələrin yaradılması, Toplu Sms, Profilli sms və sair xidmətlər aiddir.

“Müştərilərə və insanlara biznesin mərkəzi kimi yanaşmağın zəruriliyinə fokuslanmaq bizim hədəf olaraq təyin etdiyimiz və yeni məzmunlu məhsullar portfelimizə daxil etdiyimiz əsas xüsusiyyətlərdir. Biz Azərbaycanda fəaliyyət göstərən şirkətlərin seçimi olmaq, yeni nəsil həllərin təqbiq edilməsi və  fərdiləşdirilmiş xidmətlə təmin edilməsi yolu ilə  onların Rəqəmsal Transformasiya prosesini idarə etməyi hədəfləyirik”, deyə Azercell-in Korporativ Seqment Biznes strukturunun departament rəhbəri Giorgos Chatzis bildirib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

Paylaş:
1442

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər