Azercell “Yaşa Azərbaycanım” Filateliya və uşaq rəsm sərgisinə dəstək oldu – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell “Yaşa Azərbaycanım” Filateliya və uşaq rəsm sərgisinə dəstək oldu – FOTO

09:35 - 22 / 06 / 2018
Azercell “Yaşa Azərbaycanım” Filateliya və uşaq rəsm sərgisinə dəstək oldu – FOTO

Korporativ sosial məsuliyyət siyasətində uşaqlara qayğı və diqqətə böyük önəm verən Azercell Telekom bu dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azermarka, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “Yaşa Azərbaycanım” adlı Filateliya və uşaq rəsm sərgisinə öz töhfəsini verib.

Məlumat üçün bildirək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan 5-14 yaşlı uşaqlar arasında keçirilən “Yaşa Azərbaycanım” adlı rəsm müsabiqəsinə ümumilikdə 93 rəsm əsəri təqdim olunub. Onların arasında vətənpərvərlik mövzusunda rəsmlər çoxluq təşkil edib. “Yaşa Azərbaycanım!” adı altında müsabiqənin keçirilməsində başlıca məqsəd uşaqlarda vətənpərvərlik və vətənə məhəbbət, milli tariximizə bağlılıq hissinin aşılanması, milli adət-ənənələrin təbliği və onların yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir.

“Zəncirli mülk” sərgi qaleriyasında baş tutan sərgidə fərqlənən 12 nəfər iştirakçıya Azercell Telekom tərəfindən xüsusi hədiyyələr təqdim edilib. Hədiyyələri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə təqdim edib.

Qeyd edək ki, Azercell şirkətinin korporativ sosial tədbirlərinin əksər qismi uşaqların gələcək inkişafına yönəlik layihələrdi. Uşaq hüquqlarının qorunması, müdafiəsi ilə bağlı həyata keçirdiyi layihələri ilə hər zaman seçilən şirkət bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz          

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib. 

Reklam hüququnda

Paylaş:
512

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər