Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib – FOTO

13:00 - 15 / 11 / 2018
Azercell-in dəstəyi ilə IV Uşaq Paralimpiya oyunları keçirilib – FOTO

100-dən çox idmançı oyunlarda mübarizəyə qatılıb.

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya olunmasına dəstək vermək və onların idmana həvəsini artırmaq məqsədilə “Azercell Telekom” MMC-nin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi tərəfindən ölkəmizdə növbəti dəfə Uşaq Paralimpiya oyunları təşkil edilib. 

Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin və UNİCEF-in dəstəyi ilə IV dəfə keçirilən Uşaq Paralimpiya oyunları 13-14 noyabrda Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində 100-dən çox paralimpiyaçı uşağı bir araya gətirib. Bakıdan, eləcə də bölgələrdən oyunlara qatılan idmançılarımız idmanın 8 növü üzrə öz güclərini sınayıblar. Yerli paralimpiyaçılarımızdan əlavə, IV Uşaq Paralimpiya oyunlarında Gürcüstandan sağlamlıq imkanları məhdud 9 idmançı da 3 idman növündə mübarizə aparıb.

Oyunların rəsmi açılış mərasimi 14 noyabr 2018-ci il tarixində Sumqayıt şəhərində yerləşən Respublika Paralimpiya İdman Kompleksində keçirilib. Açılış zamanı çıxış edən Azercell Telekomun prezidenti Vahid Mürsəliyev mütəmadi keçirilən bu turnirlərin köməyilə sağlamlıq imkanları məhdud olan uşaqların idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək şansını qazandığını sevindirici hal kimi qiymətləndirib. Bunun uşaqlara həm dünya idmanına interqrasiya etməyə həm də gələcəkdə uğurlu idmançı karyerasını qurmağa kömək edə biləcəyini qeyd edib. Bu turnirin təşkilində qatqısı olmuş bütün təşkilat və komitə üzvlərinə minnətdarlığını bildirərək, iştirakçılara final oyunda uğurlu və qızğın mübarizə arzulayıb. Açılış mərasimində Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Endryu Parsons da iştirak edib.

Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən etibarən “Azercell Telekom” MMC Komitənin inkişaf etdirilməsinə dəstək verir. Hazırda Komitədə 100-dən çox sağlamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb.

Qeyd edək ki, Azercell Telekom fəaliyyətə başladığı ilk gündən sosial məsuliyyət faktoruna ciddi önəm verib. Bu günə qədər minlərlə sosial layihəyə dəstək olan Azercell ölkədə təhsil, incəsənət, idman, elm, texnologiyaların inkişafı və rifahı uğrunda çalışıb. Azercell Korporativ Sosial Məsuliyyət istiqamətindəki fəaliyyətinə görə dəfələrlə yerli və beynəlxalq mükafatalara layiq görülüb.

Daha ətraflı məlumat üçün [email protected]ünvanına müraciət edə bilərsiniz           

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Reklam hüququnda

 

 

Paylaş:
615

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər