Azərbaycanlı təmsilçilər “Dostluq üçün futbol” turnirindən danışıb – FOTO   | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanlı təmsilçilər “Dostluq üçün futbol” turnirindən danışıb – FOTO  

15:10 - 18 / 03 / 2018
Azərbaycanlı təmsilçilər “Dostluq üçün futbol” turnirindən danışıb – FOTO  

Conatan Ferqüsson və Rəna Əliyeva Moskvada 8-15 iyun tarixlərində baş tutacaq “Dostluq üçün futbol” turnirinə gedəcəkləri üçün çox xoşbəxtdirlər.

Azərbaycnalı gənc futbolçu turnirə gedəcəyi günü səbrsizliklə gözləyir.Bunu “Sputnik Azərbaycan”da keçirilən brifinq zamanı bildirib.

“Qazprom” İSC-nin himayədarlığı ilə “Dostluq üçün futbol” Beynəlxalq Uşaq Sosial proqramı 2013-cü ildən keçirilir.

Bu il baş tutan proqram 211 ölkə və regionu öz ətrafında birləşdirib. Tədbirin final mövsümü Moskvada 8-15 iyun tarixlərində keçiriləcək.

Gənc futbolçu qapıçı kimi çıxış edəcək. Ferqüsson Kosta-Rika, Qırğızıstan, Sent-Lüsiya, Laos və Kamar adalarından olan gənc oyunçularla birlikdə çıxış edəcək.  

Conatan çıxışında 2005-ci ildə Bakıda doğulduğunu bildirib:

“Çox xoşbəxtəm ki, bu layihədəyəm”.  

Azərbaycandan Moskvaya gənc jurnalist kimi Rəna Əliyeva göndəriləcək.

O, 6 saylı məktəbdə təhsil alır. 12 yaşlı Rəna futbol ilə bağlı ən yaxşı məqalələrdən birini yazıb. O, bildirib ki atası Yalçın Əliyev kimi jurnalist olmaq istəyir. Buna görə də Rəna beynəlxalq mühitdə baş verən prosesləri ətraflı öyrənir.

Həmçinin “Dostluq üçün futbol” layihəsinin icraiyyə komitəsinin nümayəndəsi Amina Konurbayeva bildirib ki, gənc jurnalistlər forum zamanı mətbuat mərkəzində işləyərək hadisələri işıqlandıracaq:

“Bu həftə ərzində uşaqlar həmyaşıdları ilə ünsiyyət quraraq ölkələrinin mədəniyyəti, bilik və təcrübə mübadisi aparacaq. Yeniyetmələr gənc məqçilərin rəhbərliyilə məşq edəcək. Bu uşaqlar da vaxtilə “Dostluq üçün futbol” layihəsinin iştirakçıları olublar”.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycanı təmsil edən Rəvan Kazımov turnirin qaliblərindən biri olub.

Brifinqin sonunda Konurbayeva bütün iştirakçılara aydın səma və futbol meydanını simvolizə edən mavi və yaşıl qolbaqlar verib.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
959

Son xəbərlər

Pensiyaçılar ölkə əhalisinin 10,8 faizini təşkil edirBu gün, 12:14Sabunçuda hospitalda ölüm faktı qeydə alınmasına görə araşdırma aparılırBu gün, 12:05Mingəçevirdə 200 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 12:00Fevralda nə qədər adam pensiya təyinatı alıb? - AçıqlandıBu gün, 11:19RİNN bayramda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəkBu gün, 10:56“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTOBu gün, 10:48Yol polisi səfərə hazırlaşan sürücülərə müraciət edibBu gün, 10:38Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTOBu gün, 10:27Xankəndidə xeyli silah-sursat tapılıbBu gün, 10:24Ötən gün 18 kiloqramdan çox narkotik vasitə aşkarlanıbBu gün, 10:12Mikayıl Cabbarov İlaxır Çərşənbəyə dair paylaşım edibBu gün, 10:10FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edibBu gün, 10:03Dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 09:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:46TƏBİB Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində işləyəcəkBu gün, 09:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıbBu gün, 09:24Saatlıda narkokuryerdən 8 kiloqram heroin və marixuana aşkar edilibBu gün, 09:16Azərbaycan neftinin qiyməti 88 dolları keçibBu gün, 09:12Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edibBu gün, 09:08Bu gün İlaxır çərşənbə qeyd olunurBu gün, 09:07
Bütün xəbərlər