Azərbaycanlı nazirlərin sinaqoqdakı şəkli geniş müzakirələrə səbəb olub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı nazirlərin sinaqoqdakı şəkli geniş müzakirələrə səbəb olub – FOTO

16:23 - 18 / 09 / 2018
Azərbaycanlı nazirlərin sinaqoqdakı şəkli geniş müzakirələrə səbəb olub – FOTO

Sosial şəbəkələrdə Azərbaycanın daxili işlər naziri Ramil Usubovla müdafiə naziri Zakir Həsənovun görüntüləndiyi, eyni zamanda İsrailin müdafiə naziri Aviqdor Libermanın da əks olunduğu bir fotoşəkil paylaşılıb.

Şəkilin ciddi müzakirələrə səbəb olması Ramil Usubovla Zakir Həsənovun hansısa tədbirdə yəhudilərə məxsus papağı qoyması ilə bağlıdır.

Müzakirələrə qoşulanların bir qismi isə bu şəklin fotoşopla düzəldildiyini iddia edərək, onu paylaşanlara istehsa ilə yanaşıb.

Qubanın yəhudilər yaşayan Qırmızı qəsəbəsindəki sinaqoqun dini icma rəhbəri Yuri Naftaliyev Modern.az-a açıqlamasında yayılan fotoşəklin gerçək olduğunu vurğulayıb: 

“Şəkil fotomontaj deyil. İki gün bundan qabaq daxili işlər naziri Ramil Usubov, müdafiə naziri Zakir Həsənov, Rusiyada yaşayan Azərbaycan doğumlu yəhudi iş adamı Qod Nisanov, İsrailin müdafiə naziri Aviqdor Liberman ilə birgə Qubaya – Qırmızı qəsəbəyə gəlmişdilər. Qonaqların hamısı həm Qubadakı sinaqoqda, həm də 6 gümbəzdə oldular. Özəl bayramımız olmayıb. Sadəcə, İsraildən gələn qonaqlar  Qubadakı Qırmızı qəsəbəyə gəlmək istəyib. Ola bilsin ki, bu səfər cənab prezident tərəfindən təşkil edilib. Bu zaman təbii ki, Azərbaycanın nazirləri də israilli qonaqları müşayiət ediblər. İsrailli qonaq – müdafiə naziri Aviqdor Liberman bizimlə də görüşdü. O, öz gözü ilə bizim necə yaşadığımızı görmək istəyib. Çox məmnun qaldı”.

Dağ yəhudiləri dini icmasının sədri azərbaycanlı nazirlərin başına qoyulan papaqdan da söz açıb:

“Yəhudilər başına kiçik kipa qoyurlar. Yəhudilərdə belə ənənə var ki, sinaqoqa daxil olan hər kəs o kipanı başına qoymalıdır. Burada qeyri-adi nəsə yoxdur”.

S.Xankişiyeva

Paylaş:
4695

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər