Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki

15:41 - 19 / 10 / 2018
Azərbaycanlı nazirlərin məşhur ataları - Akademik, deputat, polis polkovniki

Hər bir gəncin karyera seçimində valideynlərin rolu böyükdür. Təsadüfi deyil ki, istər Azərbaycanda, istərsə də digər dövlətlərdə atalarının yolu ilə gedən, onların peşə fəaliyyətini davam etdirən çoxlu sayda məşhur insanlar var.

1news.az
xəbər verir ki, Azxeber.com bu məqalədə ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul və cavabdeh olan nazirlərin valideynləri ilə bağlı araşdırma aparıb.

Energetika naziri Pərviz Şahbazovun atası Oqtay Şahbazov Prezidentin İşlər İdarəsinin müdiridir.

77 yaşlı Oqtay Şahbazov uzun müddətdir dövlət idarəçiliyində çalışır. Nazirlər Kabinetində İşlər İdarəsinin müdiri, Prezidentinin İşlər İdarəsində müdirin birinci müavini postlarını tutan O.Şahbazov artıq iki ildir bu quruma rəhbərlik edir. Müxtəlif orden və mükafatlarla təltif edilən Oqtay Şahbazovun digər övladları ilə bağlı ictimaiyyətdə geniş məlumat yoxdur.

Xarici İşlər naziri Elmar Məmmədyarovun atası Məhərrəm Məmmədyarov kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvüdür.

94 yaşlı Məhərrəm Məmmədyarov uzun müddət AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnsitutunda çalışıb. Akademik M.Məmmədyarov əldə etdiyi elmi nəticələrə görə, dəfələrlə müxtəlif mükafatlara layiq görülüb. Əməkdar elm xadimi, "Şöhrət” ordeni, Azərbaycan SSR dövlət mükafatı laureatı, Yusif Məmmədəliyev adına mükafat və digərləri bu qəbildəndir.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərov Milli Məclisin deputatı, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədridir.

80 yaşlı Fəttah Heydərov uzun müddət yüksək dövlət vəzifələrində çalışıb. Culfa rayon İcra Hakimiyyətinin başçısı, Naxçıvan Muxtar Respublikasının Əhaliyə Məişət Xidməti naziri və Mədəniyyət naziri vəzifələrini tutub. Dövlət qulluğunda göstərdiyi xidmətlərə görə, SSRİ-nin "Şərəf nişanı”, "Şöhrət”, "Şərəf” və "İstiqlal” ordenləri ilə təltif olunub.

Sosial Müdafiə naziri Sahil Babayevin atası tanınmış polis polkovniki Rafiq Babayevdir.

Uzun müddət Daxil İşlər Nazirliyi Pasport və Qeydiyyat İdarəsinin rəisi postunu tutan Rafiq Babayev polis sistemində nüfuzlu simalardan olub. Hazırda onun nə işlə məşğul olması ilə bağlı konkret məlumatlara malik olmasaq da, onun bu gün də DİN sistemində xüsusi nüfuza sahib olduğu deyilir.

Mədəniyyət naziri Əbülfəs Qarayevin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir.

55 yaşında ürək tutmasından dünyasını dəyişən M.Qarayev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin qardaşıdır. Postsovet məkanında ən məşhur bəstəkarlardan olan Qara Qarayev SSRİ səviyiyyəsində və dünya miqyasında bir çox önəmli mükafatlara layiq görülüb. Onun yaratdığı əsərlər bu gün də sevə-sevə dinlənilir.

Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tanınmış şair-bəstəkar İzolda Babayevanın oğludur.

İzolda Babayeva onlarla tanınımş mahnının müəllifidir. Onun mahnılarını xalq artistləri Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli, Fidan Hacıyeva və digər məşhur sənətçilər ifa edib. O, yazdığı mahnıların həm sözlərinin, həm də musiqilərinin müəllifidir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin atası Bakının məşhur prokuroru Şükür Rzayevdir.

Uzun müdddət hüquq-mühafizə orqanlarında çalışan Şükür Rzayev bu fəaliyyətinə görə, dəfələrlə müxtəlif orden və medallarla təltif edilib. 2006-ci ildə dünyasını dəyişən Ş.Rzayev bir çox ağır cinayətlərin üstünü açıb. O cümlədən 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhdlərin istintaqı da onun rəhbərliyi altında aparılıb.

1news.az

Paylaş:
9035

Son xəbərlər

Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00
Bütün xəbərlər