Tural Gəncəliyev: Paris danışıqlarından daha konkret nəticələr gözləyirik | 1news.az | Xəbərlər
Siyasət

Tural Gəncəliyev: Paris danışıqlarından daha konkret nəticələr gözləyirik

16:13 - 18 / 01 / 2019
Tural Gəncəliyev: Paris danışıqlarından daha konkret nəticələr gözləyirik

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-da Parisdə keçirilən danışıqların perspektivləri ilə əlaqədar ATƏT-in Minsk qrupunun həmsədrlərinin səsləndirdiyi bəyanat ümidverici olsa da, biz danışıqlardan daha konkret nəticələr gözləyirik.

1news.az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib.

İcma rəhbəri Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılan və özünü qanunsuz rejimin başçısının qondarma “mətbuat katibi” kimi təqdim edən David Babayanın Paris görüşü ilə bağlı fikirlərinə də münasibət bildirib. 

"David Babayanın səsləndirdiyi “yeni elementlər” və “konkret addımlar qismində tərəflərin dialoqa cəlb edilməsi” fikirlərinə gəldikdə isə, biz Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, daha öncə səsləndirdiyimiz bəyanat və şərhlərdə erməni və azərbaycanlı icmaları arasında konstruktiv dialoqun aparılması və təmasların qurulmasının tərəfdarı kimi çıxış edərək, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı tərəf olduğumuzu dəfələrlə bəyan etmişik və buna hazır olduğumuzu bir daha təkrar edirik. Bu baxımdan, qanunsuz rejimin başçısının qondarma “mətbuat katibi”nin səsləndirdiyi fikir bizim üçün yeni deyil", -T.Gəncəliyev əlavə edib.

O vurğulayıb ki, Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlarda maraqlı tərəfdir:

"Babayana bir daha xatırlatmaq istərdim ki, münaqişənin tərəfləri kimi Ermənistan və Azərbaycan, maraqlı tərəfləri qismində isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları müəyyən edilib və bu, ATƏM-in Nazirlər Şurasının 1992-ci ildə Helsinkidə keçirilmiş görüşündə qəbul edilmiş sənədlə təsbit edilib. Ona görə də, maraqlı tərəf kimi yalnız Dağlıq Qarabağın erməni icmasından danışmaq və azərbaycanlı icmasını görməməzdikdən gəlmək Paris görüşündə səsləndirilmiş bəyanatın ruhuna ziddir və konstruktivlik mühitinin yaradılmasına kömək etmir.

Eyni zamanda, 16 yanvar tarixində keçirilmiş Paris görüşü nəticəsində verilmiş bəyanatdan göründüyü kimi, tərəflər arasında nəticəyə yönəlik danışıqların davam etdirilməsi məsələsinə toxunulub. Hesab edirik ki, icmalararası dialoq və təmaslar Paris danışıqları zamanı gündəmdə olan hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarının müzakirəsi müstəvisində xüsusi əhəmiyyət kəsb edir.

Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tezliklə münaqişənin sülh yolu ilə tənzimlənəcəyinə və erməni icması ilə birgə yaşayışın təmin ediləcəyinə ümid edir".

“L’Opinione”: Dağlıq Qarabağ, ümid işığı

S.Xankişiyeva

 

 

Paylaş:
405

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər