1news.az

Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın komitə iclasında qəbul edilib

6 Dekabr saat 19:59 ~ 1 dəqiqəlik oxu 238
Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın komitə iclasında qəbul edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin dekabrın 6-da Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Sevinc Fətəliyevanın “Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunaraq qəbul edilib.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, məruzədə dünyada uşaqların valideyn himayəsindən məhrum olmalarının, zorakılığa məruz qalmalarının, əlil olmalarının yeni fəsadlar yaradacağı və gələcək üçün çox təhlükəli olduğu qeyd edilir. Məruzədə bütün ölkələr mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırılır.

Xatırladaq ki, məruzə ilə bağlı təşəbbüs payız sessiyasında irəli sürülmüşdü və komitə üzvləri tərəfindən dəstəklənərək yüksək qiymətləndirilmişdi.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net