Azərbaycanlı deputat AŞPA komitəsindəki dinləmələrə sədrlik edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı deputat AŞPA komitəsindəki dinləmələrə sədrlik edib

14:50 - 27 / 06 / 2019
Azərbaycanlı deputat AŞPA komitəsindəki dinləmələrə sədrlik edib

Son illər böyük biznes daha çox nüfuz və təsir imkanları qazanıb. İri şirkətlər bir tərəfdən iş yeri yaratmaq və vergiləri ödəməklə cəmiyyətə fayda versələr də, digər tərəfdən təhlükəli iş şəraiti, ekoloji çirklənmə, ayrı-seçkilik və ya işçilərin qanunsuz izlənilməsi kimi hallara yol verərək insan hüquqlarını pozurlar.

1news.az xəbər verir ki, bu fikirləri AŞPA-nın Hüquq məsələləri və insan hüquqları komitəsində “İnsan hüquqları və biznes” adlı məruzə üzrə keçirilən dinləmələrə sədrlik edən qurumdakı nümayəndə heyətimizin üzvü, AŞPA-nın İnsan hüquqları və biznes üzrə məruzəçisi Elşad Həsənov söyləyib.

Deputat qeyd edib ki, son bir neçə onilliklər ərzində BMT və digər beynəlxalq qurumlar insan hüquqları sahəsində biznesin məsuliyyətini müəyyən edən bir sıra hüquqi aktlar qəbul edib. Bu mexanizmlər arasında BMT-nin İnsan Hüquqları Şurası tərəfindən təsdiqlənmiş "Biznes və insan hüquqları təlimatları" dövlətlər və şirkətlər üçün bu sahədə ən münasib sənəd hesab olunur.

Elşad Həsənov xatırladıb ki, Avropa Şurası üzv dövlətlərə BMT-nin təlimatlarının icrası üçün milli qanunvericiliyi nəzərdən keçirməyi və "milli fəaliyyət planı" nümunələrinin mübadiləsini tövsiyə edir. Amma bu günə qədər Avropa Şurasının yalnız 18 üzv dövləti bu cür fəaliyyət planı hazırlayıb.

Deputat qeyd edib ki, tövsiyənin icrası 2021-ci ilin mart ayına qədər qiymətləndiriləcəyi üçün hesabatın məqsədi bu günə kimi onun necə icra olunduğunu araşdırmaq olacaq. Dinləmələrdə bu sahə üzrə ekspertlər və AŞPA deputatları çıxış ediblər.

1news.az

Paylaş:
728

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər