Azərbaycanlı aktrisa məşhur rejissor tərəfindən zorlandığını bildirib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı aktrisa məşhur rejissor tərəfindən zorlandığını bildirib – FOTO – VİDEO

11:21 - 28 / 02 / 2018
Azərbaycanlı aktrisa məşhur rejissor tərəfindən zorlandığını bildirib – FOTO – VİDEO

Aktrisa və müğənni Fatimə Abasquliyeva sevimli müəllimi, məşhur teart rejissorunun ona qarşı etdiyi əxlaqsız hərəkətlərdən hələ də özünə gələ bilmir.

“Hər şey çox tez, dəhşətli və iyrənc oldu. O, sadəcə şəhvətli eybəcərdir. O, məni ilanla müqayisə edərək uşaqlığımı məhv etdi”, - bunu Rusiyanın “Rosiyya 1” kanalında yayımlanan verişdə Fatimə deyib.

Bu zamana qədər zorlandığını hər kəsə açıq söyləmək Fatimə üçün biabırçılıq idi. Çünki o, nəinki tələbə, həmçinin teart aktrisası idi. Yeri gəlmişkən, elə həmin teatrda rejissorun həyat yoldaşı da çalışırdı. Rejisssorun seks-oyuncağına çevrilməmək üçün Fatimə işdən çıxır. Lakin indi, hadisədən 12 il ötdükdən sonra, bir qədər yaşa dolaraq güc toplayan Fatimə onu incidənin adını birbaşa efirdə söyləyir.

Fatimə Azərbaycanda sənətçi ailəsində doğulub. Nənəsi musiqi müəlliməsi, anası skripkaçı, atası isə yazıçıdır. 14 yaşında aerobika kursları ilə bağlı verilişlərdə ekranlara çıxır. 15 yaşında “Miss Azərbaycan” yarışmasının qalibi olur.

17 yaşında isə Azərbaycanda müstəqil musiqi mükafatı “Qızıl mikrafon”un iki nominasiyası üzrə qalib olur. Vətənində onu azərbaycanlı Lolita adlandırırlar. Fatimə bir sıra kliplər çəkdirir, şou-baletlər təşkil edir. 19 yaşında isə hər şeyi Bakıda yarımçıq qoyaraq Moskvanı fəth etməyə gedir.

Şərq tərbiyəsi alan Fatimənin ilk öpüşü 20 yaşında olur. Belə ki, bir dəfə Xalq artisti və professor  Mark Rozovski Fatiməni yanın çağıraraq gələcək karyerası ilə bağlı söhbət etmək istəyir. Onlar teartdan kənarda görüşürlər. Ustad gənc qızı kompliment yağışına tutur və bildirir ki, “Fatiməni hiss etmək istəyir”. Həmin günləri xatırlamaq Fatimə üçün dəhşətdir:

“Otaqda bir böyük çarpayı vardı. Bilmədim əynimdəki paltarlar necə çıxdı və mən çılpaq halda yataqda oldum”.

Bundan sonra 22 yaşlı qız rejissordan qaçmağa başlayır. Bir il sonra Mark Rozovski yenidən ona zəng etməyə başlayır. Onlar görüşürlər və rejissor bildiririr ki, tələbə yoldaşlarından birini də cəlb etmək daha yaxşı olardı...”

Hadisə ilə bağlı “Birinci kanalın” efirində araşdırmalar davam edir.

S.Xankişiyeva

 

Paylaş:
2954

Son xəbərlər

Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52
Bütün xəbərlər