Azərbaycanlı ailə Almaniyada polisi girov götürdü – TƏFƏRRÜAT | 1news.az | Xəbərlər
Dünya

Azərbaycanlı ailə Almaniyada polisi girov götürdü – TƏFƏRRÜAT

16:18 - 19 / 01 / 2018
Azərbaycanlı ailə Almaniyada polisi girov götürdü – TƏFƏRRÜAT

Yanvarın 18-də Almaniyada azərbaycanlı ailə böyük silahlı insidentə səbəb olub.

1news.az-ın Lent.az-a istinadən verdiyi xəbərə görə, bu ölkəyə sığınacaq üçün müraciət etmiş azərbaycanlı ailəyə oturum icazə verilmədiyi üçün hüquq-mühafizə orqanları həmin ailəni ölkədən deport etmək barədə qərar qəbul edib.

Ötən gün gecə saat 03:30-da azərbaycanlı ailənin yaşadığı evin qapısını döyən alman polisi onları ölkədən çıxarmaq üçün gəldiklərini bəyan edib. Lakin Almaniyanı tərk etmək istəməyən ailə polisin bu qərarına müqavimət göstərib. Nəticədə böyük insident baş verib. Ailəninin başçısı – evin kişisi onları zorla evdən çıxarmaq istəyən alman polisinin silahını əlindən alıb və onu girov götürüb. Daha sonra o, havaya bir neçə dəfə atəş açıb. Nəticədə hadisə yerinə xüsusi təyinatlı polislər çağırılıb. Xüsusi təyinatlı polislər azərbaycanlı kişinin girov götürdüyü iki nəfəri xilas edə bilib və onu həbs edib.

Lakin hadisələr bununla da yekunlaşmayıb. Bunun ardınca evin xanımı əlinə aldığı bıçaqla özünə ağır xəsarətlər yetirməyə başlayıb. Qadın daha sonra xəstəxanaya çatdırılıb. Polisləri girov götürən azərbaycanlı kişi isə həbs edilib.

1news.az

Paylaş:
870

Son xəbərlər

Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - FOTO22 / 04 / 2024, 16:36Azərbaycana mənsub sulara icazəsiz daxil olan şəxslər saxlanıldı, narkotik aşkarlandı - FOTO -VİDEO22 / 04 / 2024, 16:19
Bütün xəbərlər