Azərbaycanla Pakistan arasında birbaşa hava əlaqəsinin qurulması üzrə işlər gedir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Pakistan arasında birbaşa hava əlaqəsinin qurulması üzrə işlər gedir

10:27 - 17 / 12 / 2018
Azərbaycanla Pakistan arasında birbaşa hava əlaqəsinin qurulması üzrə işlər gedir

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə Pakistanın baxımlı televiziya kanallarından olan “Channel 5” kanalının “Diplomatic Enclave” proqramının qonağı olub.

Azərbaycanın Pakistandakı səfirliyindən 1news.az-a verilən məlumata görə, səfir Azərbaycanın Pakistanla iqtisadi-ticari sahədə də əməkdaşlığın artırılmasında maraqlı olduğunu, cari ildə iki ölkə arasında bir çox birgə layihələrin, sərgilərin keçirildiyi, ticarət dövriyyəsində artımın müşahidə olunduğunu və bu sahədə potensial və imkanların daha dərindən araşdırılması gərəkdiyini vurğulayıb. Səfir Azərbaycandan Pakistana ixrac edilə biləcək məhsullar barədə məlumat verib, ölkəmizdə 300-ə yaxın Pakistan şirkəti və iş adamının fəaliyyət göstərdiyini, Pakistandan ölkəmizə gələn turistlərin sayında dəfələrlə artımın olduğunu, hazırda iki ölkə arasında birbaşa hava əlaqəsinin qurulması üzərində işlərin getdiyini söyləyib. ​​​

O həmçinin, Azərbaycanda xarici investorlar üçün yaradılan münbit şərait, kənd təsərrüfatı, sənaye və texnoloji parkların, iqtisadi zonaların fəaliyyətləri haqqında məlumat verib, ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizləri, bu dəhlizlərə Pakistanın da qoşulmasının mümkünlüyü, Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin iqtisadi, ticari, hərbi-texniki, enerji, turizm və digər sahələrdə də əməkdaşlığa öz töhfəsini verdiyini, qarşılıqlı investisiya üçün imkanların artdığını qeyd edib.

Aparıcının Azərbaycanla Pakistan arasında hərbi sahədə əməkdaşlıqla bağlı sualına cavab olaraq, Əli Əlizadə bu sahənin ikitərəfli münasibətlərdə prioritet sahə olduğunu, hər iki ölkənin terrorçuluq və ekstremizmdən əziyyət çəkdiyini və bir-birinə daim dəstək göstərdiyini, Ermənistanın Azərbaycan ərazilərini işğal edərək burada etnik təmizləmə, dini, mədəni abidələri məhv etmə siyasəti həyata keçirdiyini, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə məhəl qoymadığını diqqətə çatdırıb.​

Pakistandakı cari vəziyyətlə bağlı aparıcının sualını cavablandıran səfir təhlükəsizlik sahəsində Pakistanda irəliləyişin müşahidə edildiyini, yeni hökumətin ölkədə iqtisadi, sosial, humanitar sahələrdə layihələr həyata keçirdiyini, bütün bunların ölkənin inkişafına öz töhfəsini verəcəyinə inandığını, Azərbaycanın daim qardaş Pakistanın yanında olduğunu bildirib.

1news.az

Paylaş:
345

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər