Azərbaycanla Misir arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Misir arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb

22:39 - 22 / 02 / 2018
Azərbaycanla Misir arasında bir sıra sahələrdə əməkdaşlıqla bağlı sənədlər imzalanıb

Bu gün Misirin Qahirə şəhərində Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclası keçirilib.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, iclasda Müştərək Komissiyada həmsədrlər – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Sahar Nasrin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyətləri iştirak edib.

Komissiyanın iclasında Azərbaycan ilə Misir arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və təkmilləşdirilməsi, ticarət, sənaye, investisiya, rabitə və informasiya texnologiyaları, enerji, turizm, kənd təsərrüfatı, suvarma, ətraf mühit, təhsil, səhiyyə və əczaçılıq, gənclər və idman sahələrində əməkdaşlıq məsələləri, əlaqələrin inkişafı istiqamətləri barədə müzakirələr aparılıb.

Ş. Mustafayev qeyd edib ki, iki ölkə arasında 27 il əvvəl qurulmuş əlaqələr mehriban dostluq və qarşılıqlı maraq prinsipləri əsasında inkişaf edir: “Azərbaycan-Misir əməkdaşlığının genişlənməsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın Misirə səfərləri mühüm əhəmiyyət kəsb edir”.

Ş. Mustafayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətli mövqeyə və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Misir tərəfinə təşəkkür edib, Misirin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə Əlaqələndirmə Qrupuna qoşulmasının bu qurumun fəaliyyətinə əhəmiyyətli töhfə verəcəyini qeyd edib.

Diqqətə çatdırılıb ki, indiyədək ölkələrimiz arasında 50-yə yaxın sənəd imzalanıb, 21 sənəd layihəsi isə müzakirə mərhələsindədir: “Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində 14 Misir investisiyalı şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Şirkəti ilə əməkdaşlıq edir. Əlaqələrimiz turizm sahəsində də inkişaf edir və 2017-ci ildə Misirdən Azərbaycana gələn turistlərin sayı 50% artıb. Eyni zamanda, Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir. 2008-ci ildə Qəlubiyyə vilayətində Misir-Azərbaycan dostluq parkının, parkda ümummilli lider Heydər Əliyevin abidəsinin və “Azərbaycan” küçəsinin açılışı olub. Abşeron rayonu ilə Qəlubiyyə vilayəti arasında əməkdaşlıq, Cənubi Sinay vilayəti və Qəbələ rayonu arasında 2015-ci ildə dostluq sazişinin imzalanması digər regionlar arasında da əməkdaşlıq üçün nümunə ola bilər”.

İclasda Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, ölkəmizin iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr - Bakı-Tbilisi- Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, həmçinin biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində ölkəmizdə görülən işlər barədə də məlumat verib.

Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri, Müştərək Komissiyanın həmsədri Sahar Nasr Azərbaycan nümayəndə heyətinin Misirə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Sahar Nasr əməkdaşlığın genişləndirilməsi imkanları, eləcə də Misir iqtisadiyyatı barədə də məlumat verib.

İclas çərçivəsində Süveyş Kanalı İqtisadi Zonasına, Misirin və Azərbaycanın investisiya mühitinə dair təqdimatlar keçirilib, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Misirin İxracın İnkişafı Qurumu (EDA) arasında, AZPROMO ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında anlaşma memorandumları imzalanıb.

Tədbirin sonunda Azərbaycan ilə Misir arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Misirin investisiya və beynəlxalq əməkdaşlıq naziri Sahar Nasr imzalayıb. Sənəd ticarət, investisiya, sənaye, energetika, kənd təsərrüfatı, maliyyə xidmətləri, kommunikasiya və informasiya texnologiyaları, enerji, mədəniyyət və turizm, kənd təsərrüfatı, suvarma, idman və gənclər, elm və təhsil, səhiyyə və digər sahələrdə əməkdaşlığı əhatə edir.

1news.az

Paylaş:
548

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər