Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sədələşdirilməsi müzakirə olunur | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sədələşdirilməsi müzakirə olunur

13:24 - 20 / 04 / 2018
Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sədələşdirilməsi müzakirə olunur

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bolqarıstanın Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev, Bolqarıstanın Bakıdakı ticarət missiyasının rəhbəri İliyan Kostovla görüşüb.

1news.az-ın məlumatına görə, Bolqarıstanın Azərbaycan üçün dost ölkə olduğunu deyən Məmməd Musayev bildirib ki, iki ölkənin dövlət başçıları arasında olan yaxşı münasibətlər iqtisadi əlaqələrimizin daha da genişləndirilməsinə zəmin yaradır. Qeyd olunub ki, Bakı ilə Sofiya arasında birbaşa aviareysin açılması hər iki istiqamətdə turizmin inkişafı ilə yanaşı iki ölkənin iş adamalarının sıx əməkdaşlığı üçün də şərait yaradacaq.

Azərbaycanda Bolqarısstanın  ticarət missiyasının rəhbəri kimi yeni təyin olduğunu deyən  İliyan Kostov ASK ilə sıx əlaqələrin qurulmasında və biznes icmalara dair məlumatların mübadilə edilməsində  maraqlı olduğunu bildirib.

“Qeyd etdiyiniz kimi doğurdan da ölkərimiz arasında çox gözəl dostluq münasibətləri mövcuddur. Lakin bu münasibətlər indiki ticarət  dövriyyəsinin həcminə uyğun gəlmir. Bolqarıstan şirkətlərinin Azərbaycana marağı böyükdür. Azərbaycandakı gənc  nəsil bizim nəslin nümayəndələrindən fərqli olaraq Bolqarıstan məhsulları haqqında yaxşı məlumatlı deyil. Bu baxımdan Bakıda Bolqarıstan məhsullarının satıldığı mağazaların və ticarət evinin açılması yaxşı ideyadır”.

Məmməd Musayev Bolqarıstan şirkətlərini Azərbaycanın nəqliyyat-logistika imkanlarından istifadə etməklə məhsullarını Orta Asiya və qonşu ölkələrin bazarlarına çıxarmağı təklif edib. M.Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının Bolqarıstanla ticarət əlaqələrinin inkişafı və iki ölkənin iş adamları arasında münasibətlərin qurulması istiqamətində hər an dəstək göstərməyə hazır olduğunu bildirib.

Bolqarıstan Respublikasının Azərbaycandakı səfirliyinin birinci katibi Yanko Yanakiyev əlavə edib ki, hazırda  Azərbaycanla Bolqarıstan arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilir.

“Bizim Asan viza ilə bağlı çox yaxşı təklifimiz var. Hazırda bu məsələ Xarici İşlər Nazirlikləri səviyyəsində müzakirə olunur. Biz vizanı ASAN vasitəsi ilə sadələşdirə bilərik. Lakin hansı qərarın veriləcəyini zaman göstərəcək”, - deyə Y.Yanakiyev vildirib.

1news.az

Paylaş:
417

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər