1news.az

Azərbaycanla bağlı şok statistika açıqlandı: 15 yaşlı qızlar abort stolunda

22 Oktyabr saat 13:47 ~ 1 dəqiqəlik oxu 1911
Azərbaycanla bağlı şok statistika açıqlandı: 15 yaşlı qızlar abort stolunda

Azərbaycanda ötən il ölü doğulanlar da daxil olmaqla 142,7 min (2016-cı ildə 158,1 min) doğuş qeydə alınıb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, həmin müddətdə 37,618 min nəfər (2016-cı ildə 34 569 min) abort etdirib.

Abortların ümumi sayından 12,3 mini (2016-cı ildə 10,5 min) mini-abortların payına düşüb.

Eyni zamanda, abort edilənlər arasında 15-19 yaşlı qadınların sayı 1605 (2016-cı il 1 261), onlardan da 15-17 yaşında olanlar 46 nəfər (2016-cı il 19), 18-19 yaşlı olanlar isə 1 559 nəfər (2016-cı il 1 242) təşkil edib.

Həmçinin, 9 583 nəfər 20-24 yaşlı, 11 706 nəfər 25-29 yaşlı, 9 856 nəfər 30-34 yaşlı, 4 868 nəfəri isə 35-49 yaş arasında qeydə alınıb.  

Bundan başqa, dərman vasitələri ilə aparılan abortların sayı isə 385 nəfər (2016-cı ildə 60 nəfər) təşkil edib. 

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2018 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net