1news.az

Azərbaycanla bağlı qorxulu statistika: məcburi nikaha girmə halları artıb

13 May saat 13:22 ~ 2 dəqiqəlik oxu 202
Azərbaycanla bağlı qorxulu statistika: məcburi nikaha girmə halları artıb

21-ci əsrdı yaşasaq da, məcburi nikah halları var və Azərbaycanda da məcburi nikaha girmə halları artıb.

1news.az xəbər verir ki, bunu Avropa Şurasının “Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində keçirilən “Gender bərabərliyi və media” mövzusunda konfransda çıxış edən Ailə,Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, CEDAW Komitəsinin üzvü Elgün Səfərov deyib. O bildirib ki, Azərbaycanda iş yerlərində, təhsil və tibb müəssisələrində seksizm halları baş verir. Bəzi hallarda bu, zorakılığa məruz qalanların intihara əl atmasına gətirib çıxarır:

“Son araşdırmalara əsasən, Azərbaycanda 24-30 yaşlı insanların 85 faizi gün ərzində azı bir saat sosial şəbəkələrdən  istifadə edir. Sosial şəbəkələrdə və reklamlarda isə seksizm halları baş alıb gedir”.

E.Səfərov qeyd edib ki, seçkilər, ictimai müzakirələr zamanı siyasətçilər, jurnalistlər qeyri-seksist nitqə üstünlük verməlidirlər:

“Seksizm ifadə olaraq hələ Azərbaycan milli qanunvericiliyinə daxil edilməyib. Seksizm ifadəsi Cinayət və İnzibati Xətalar məcəllələrinə və “Gender bərabərliyinin təminatları haqqında” qanuna daxil edilməlidir. Seksizm yalnız qadınlara qarşı deyil, uşaqlara qarşı da baş verir. Seksizm birbaşa insan hüquq və azadlıqlarının pozulmasıdır. Sosial şəbəkələrdə olunan seksual reklamları görürlər və bəzən qurbana çevrilirlər”.

Şöbə müdiri bir neçə dəhşətli statistikanı da diqqətə çatdırıb:

“Dünyada hər 30 saniyədə bir qadın insan alverinin qurbanı olur. Ümumilikdə, dünyada 700 milyon qadın məcburi nikaha daxil olub. Seksizm insan hüquq və azadlıqlarının pozulması deməkdir”.

Dövlət Komitəsinin rəsmisi seksizmə qarşı qanunun gücləndirilməsinin zəruriliyini bildirib: “Azərbaycanda gender bərabərliyi ilə bağlı qaydalar mətbuat haqqında qanuna əlavə edilməlidir. Məhz qanunun zəifliyi səbəbindən Avropada qadın jurnalistlərin, siyasətçilərin seksizmin təsirlərinə məruz qalması halları geniş yayılıb”.

P.Sultanova

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net