Azərbaycanın yeddi boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın yeddi boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

23:01 - 23 / 10 / 2017
Azərbaycanın yeddi boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib

Antalyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində səkkizdəbir final mərhələsinə yekun vurulub. Yarışa tam heyətlə qatılan Azərbaycan millisinin yeddi üzvü dörddəbir finalda iştirak hüququ qazanıb.

Azərbaycan Boks Federasiyasından 1news.az-a verilən məlumata görə, 52 kiloqram çəki dərəcəsində rinqə çıxan Amid Əlizadə (52 kq) ilk görüşündə Davey Oliver Yonseni (İrlandiya) sınağa çəkib. Gərgin keçən döyüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, dörddəbir finalda İvan Pris ilə (İngiltərə) gücünü yoxlayacaq.

A.Əlizadənin uğurunu Orxan Həsənov (56 kq) da davam etdirib. Səkkizdəbir finalda ermənistanlı Jirayr Sarqsyanla (Ermənistan) qarşılaşan boksçumuz rəqibinə heç bir şans verməyib – 5:0. O.Həsənov dörddəbir finalda rusiyalı Aleksey Kiselyev ilə üz-üzə gələcək.

Nicat Həsənov (69 kq) da ilk görüşünü qələbə ilə başa vurub. Auqosto Simonye Buremiyə (İtaliya) 4:1 hesabı ilə qalib gələn idmançımız yarımfinal uğrunda Qabriel Dossen ilə (İrlandiya) döyüşəcək.

Yığmamızın şərəfini qoruyan digər boksçumuz Amin Kuşkovun (75 kq) qarşılaşması daha tez başa çatıb. İdmançımız Edqars Korzenevskisi (Latviya) ikinci raundda nokauta salıb. O, dörddəbir finalda fransalı Moreno Fendero ilə qarşılaşacaq.

Surət Qarayev (81 kq) də komanda yoldaşlarından geri qalmayıb. O, Kuştrim Veseliyə (Avstriya) 3:2 hesabı ilə qalib gələrək mərhələ adlayıb. Həmyerlimiz dörddəbir finalda Konrad Kajmarkeviç ilə (Polşa) mübarizə aparacaq.

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) də ilk sınağını texniki qələbə ilə başa vurub. Milans Volkovsla (Latviya) döyüşən həmyerlimiz üçüncü raundun gedişində rəqibini nokauta salıb. Dörddəbir finalda onun rəqibi rumıniyalı Emanuel Mikan olacaq.

Qırx doqquz kiloqram çəki dərəcəsində rinqə çıxacaq Həsən İbrahimov mübarizəyə dörddəbir finaldan başlayacaq. O, Nikita Diniyevlə (Ukrayna) qüvvəsini sınayacaq.

Yığmamızın heyətində Sayad Lalayev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq) və İsmayıl Yaqubov (91 kq) isə mübarizəni dayandırıblar. Boksçularımız müvafiq olaraq, Otar Naverianiyə (Gürcüstan), Tuğrulhan Erdemirə (Türkiyə) və Karel Adama (Çexiya) məğlub olublar.

Qeyd edək ki, dörddəbir final mərhələsinin qarşılaşmaları oktyabrın 24-də və 25-də keçiriləcək.

1news.az

Paylaş:
838

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər