Azərbaycanın UEFA Avropa Liqasının finalından əldə etdiyi gəlir açıqlanıb | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanın UEFA Avropa Liqasının finalından əldə etdiyi gəlir açıqlanıb

17:11 - 11 / 06 / 2019
Azərbaycanın UEFA Avropa Liqasının finalından əldə etdiyi gəlir açıqlanıb

Dünyada böyük nüfuza sahib futbol turnirlərindən olan UEFA Avropa liqasının 2019-cu il 29 may tarixində Bakı şəhərində keçirilən final oyunu nəticəsində Azərbaycana birbaşa nağd şəkildə təxminən 175 milyon manat vəsait daxil olub, ümumilikdə isə 680 milyon manatlıq iqtisadi qazanc əldə edilib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına əsasən, bu göstəricilər beynəlxalq kontekstdə media üzərindən əldə edilən dəyər, turistlərin xərcləmələri, çarter reyslərlə təyyarə parkına eniş edən təyyarələrə göstərilən xidmətdən əldə edilən gəlir, oyun ilə əlaqədar UEFA tərəfindən çəkilən xərclər və digər göstəricilər əsasında müəyyənləşdirilib.

Rəsmi göstəricilərə əsasən, oyunu 300 milyona yaxın insan televiziya və internet üzərindən canlı izləyib. Mütəxəssislər hesab edir ki, beynəlxalq brendinq üzrə adambaşına düşən ortalama xərclər nəzərə alınsa, 300 milyona yaxın izləyici kütləsinə ölkəmizin media vasitəsilə tanıdılması üçün 505 milyon manatlıq vəsait ayrılmalı idi. Beynəlxalq turnirin Bakıda keçirilməsi eyni məbləğdə marketinq dəyəri yaradaraq, ölkəmizi yüz milyonlarla insana daha da yaxından tanıdıb.

Gənclər və İdman Nazirliyi və AFFA-nın məlumatlarına görə, final oyunu ilə bağlı ölkəyə gələn xarici turistlərin sayı 37,4 min nəfər olub. Onların hesabına ölkəmizə 115 milyon manatlıq nağd vəsait daxil olub. İqtisadi dəyərin 1.25 milyon manatdan çoxu Avroliqanın final oyununun keçirilməsi üçün cəlb olunan işçilərin əmək haqları hesabına yaranıb.

AZAL-dan daxil olan məlumatlarda isə 108 çarter reysi üçün alınan xidmət haqqının 687 min manatdan çox olduğu əksini tapıb.

1news.az

Paylaş:
1025

Sizin üçün xəbərlər

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər