Azərbaycanın sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması ilə bağlı komissiya yaradılıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması ilə bağlı komissiya yaradılıb

12:03 - 25 / 06 / 2018
Azərbaycanın sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması ilə bağlı komissiya yaradılıb

“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının 2002-ci il 2 iyul tarixli qanununa və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2002-ci il tarixli fərmanına əsasən, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini hər il hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməlidir.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq, Nazirlər Kabinetinin 6 iyun 2018-ci il tarixli sərəncamı ilə İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti üç il üçün ölkənin iqtisadi və sosial inkişafının proqnozlarının hazırlanmasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılıb. İyunun 23-də Bakı Biznes Mərkəzində Komissiyanın iclası keçirilib.

İclasda İqtisadiyyat naziri Şahin Mustafayev son illər ərzində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər və kompleks islahatların mühüm əhəmiyyətini vurğulayıb, qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora təşviq mexanizmlərinin tətbiqinin genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, məqsədyönlü islahatlar nəticəsində dayanıqlı sosial-iqtisadi inkişaf təmin olunub, 2018-ci ilin yanvar-may aylarında Azərbaycanda ÜDM 1.1%, qeyri-neft sektoru 1.9%, qeyri-neft sənayesi 8.1% artıb.

Komissiyanın iclasında ölkənin iqtisadi və sosial inkişafının proqnozlarının hazırlanmasında aidiyyəti orqanların fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib, Komissiya üzvlərinin tövsiyə və təklifləri dinlənilib.

Tədbirdə proqnozların hazırlanaraq Komissiyaya təqdim edilməsi barədə aidiyyəti tapşırıqlar verilib.

1news.az

Paylaş:
699

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər