Azərbaycanın rəqs qrupu Şeyx Zayed İrsi Festivalında böyük marağa səbəb olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın rəqs qrupu Şeyx Zayed İrsi Festivalında böyük marağa səbəb olub - FOTO

14:56 - 22 / 01 / 2019
Azərbaycanın rəqs qrupu Şeyx Zayed İrsi Festivalında böyük marağa səbəb olub - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ)  Abu Dabi şəhərində iki ay boyunca keçirilən Şeyx Zayed İrsi Beynəlxalq festivalında iştirak çərçivəsində  Azərbaycan mədəniyyət xadimləri  proqramla çıxış ediblər.

1news.az-a ölkəmizin BƏƏ-dəki səfirliyindən verilən məlumata görə, festivalın mədəni hissəsində Azərbaycandan dəvət olunmuş Səma rəqs qrupu mərkəzi səhnədə Odlar Yurdu rəqs kompozisiyasını ifa edib.

Elşən Sadıxovun rəhbərlik etdiyi rəqs qrupunun  milli musiqimizin sədaları altında çıxışı Abu Dabi dövlət televiziyası tərəfindən canlı yayımlanıb.

Daha sonra milli rəqs qrupumuz proqramlarını Azərbaycan pavilyonu qarşısında quraşdırılmış səhnədə davam etdiriblər. Rəqslər tədbir iştirakçılarının böyük marağına səbəb olub, qonaqlar milli paltarda olan rəqs ifaçıları ilə şəkillər çəkdiriblər. Rəqslərin 26 yanvar tarixinədək davamlı olaraq hər gün təşkili planlaşdırılır.

Tədbir çərçivəsində təşkil edilmiş paradda Azərbaycan pavilyonu iştirakçıları milli paltarlarda Azərbaycanın dövlət bayrağını bütün festival ərazisində gəzdirib, ziyarətçilərlə şəkillər çəkdirib, Azərbaycan barədə geniş məlumat veriblər.

Qeyd olunmalıdır ki, ənənəvi olaraq dekabr-yanvar aylarında keçirilən Şeyx Zayed İrsi Festivalını hər il iki milyondan çox ziyarətçi və bir çox dünya ölkələrinin dövlət və hökumət başçıları, yüksək vəzifəli rəsmiləri, ictimai, siyasi, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər və blogerlər ziyarət edir.

Festivalda yaradılmış Azərbaycan pavilyonunda müxtəlif milli paltarlarımız, Azərbaycan xalça muzeyində saxlanılan xalçaların prototipləri yer alıb.

Pavilyonda, həmçinin Azərbaycan istehsalı olan çaylar, ərzaq məhsulları, quru meyvələr və çərəzlər, turizm xidmətlərinin satışı həyata keçirilir, ölkəmizin  turizm imkanları, mədəni, tarixi və memarlıq abidələrinin tanıdılması istiqamətində təbliğat işləri aparılır.

1news.az

 

 

Paylaş:
1198

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər