Azərbaycanın Özbəkistandakı səfirliyində seçkilərlə bağlı hazırlıq işləri davam edir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Özbəkistandakı səfirliyində seçkilərlə bağlı hazırlıq işləri davam edir

09:31 - 16 / 03 / 2018
Azərbaycanın Özbəkistandakı səfirliyində seçkilərlə bağlı hazırlıq işləri davam edir

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı ölkəmizin Özbəkistandakı səfirliyində hazırlıq işləri davam edir.

1news.az xəbər verir ki, bununla əlaqədar səfirlikdə iclas keçirilib və məntəqə seçki komissiyası yaradılıb. Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev komissiyanın sədri seçilib.

Səfirlikdə 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibində yaradılmış 44 saylı seçki məntəqəsində Özbəkistanda yaşayan və işləyən Azərbaycan vətəndaşlarının sərbəst şəkildə səs vermələri üçün hər bir şərait yaradılıb.

Səsvermə hüququ və konsulluq qeydiyyatında olan vətəndaşlarımızın siyahısı tərtib edilib. Artıq 152 seçici qeydiyyata alınıb və bu rəqəm gündən-günə artır.

Seçki günü Özbəkistanda ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gələrək səsvermədə iştirak edə biləcəklər.

1news.az

Paylaş:
525

Son xəbərlər

Taleh Kazımov Vaşinqtonda COP29-un iqtisadi baxımdan əhəmiyyətindən danışdı18 / 04 / 2024, 20:32Avstriyanın maliyyə nazirinin müavini və “Grabher Group” şirkətinin baş direktoru ilə görüş keçirilib - FOTO18 / 04 / 2024, 19:43Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma ləğv edilir18 / 04 / 2024, 17:48Sahibə Qafarova: Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqazda davam etdirmək istəyir18 / 04 / 2024, 17:44ADY: Azərbaycanda piyada diqqətsizliyi ağır qəzaya səbəb olub18 / 04 / 2024, 17:40Taleh Kazımov Dünya Bankı və IMF-in yaz toplantılarında iştirak edir18 / 04 / 2024, 17:22Sahibə Qafarova: Fransanın xalqların hüquqlarını kobud şəkildə pozması qəbuledilməzdir18 / 04 / 2024, 16:52Baş prokuror Çinə səfər edib18 / 04 / 2024, 16:49Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib18 / 04 / 2024, 16:06Nazir: “Məktəblərdə daha ciddi fəsadların qarşısı məhz “Məktəblinin dostu” layihəsi əsasında alınıb”18 / 04 / 2024, 16:00Milli Məclisdə Yeni Kaledoniya nümayəndələrinin iştirakı ilə konfrans keçirilir18 / 04 / 2024, 15:42Rüstəm Ağayev: “Məktəblinin dostu” tərəfindən 11 mindən çox şagirdə ilkin yardım göstərilib18 / 04 / 2024, 15:3815 məktəbdə “Məktəblinin dostu” layihəsi ilə bağlı sorğu keçirilib18 / 04 / 2024, 15:32Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb18 / 04 / 2024, 14:58Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!18 / 04 / 2024, 14:35Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi svetoforlarla bağlı vətəndaşlara müraciət edib18 / 04 / 2024, 14:31Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıb18 / 04 / 2024, 14:26Azərbaycan və Yeni Kaledoniya parlamentləri əməkdaşlıq memorandumu imzalayıb18 / 04 / 2024, 13:48ABB-dən cəmi bir günə tender qarantiyası18 / 04 / 2024, 13:29Polis Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər həyata keçirib, 21 əcnəbi saxlanılıb18 / 04 / 2024, 13:23
Bütün xəbərlər