Azərbaycanın ixrac missiyası Rusiyanın Sankt-Peterburq şəhərindədir  | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanın ixrac missiyası Rusiyanın Sankt-Peterburq şəhərindədir 

16:23 - 16 / 11 / 2017
Azərbaycanın ixrac missiyası Rusiyanın Sankt-Peterburq şəhərindədir 

Azərbaycanın növbəti ixrac missiyası Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindədir.

İqtisadiyyat Nazirliyindən 1news.az-a verilən məlumata görə, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə təşkil olunmuş ixrac missiyasına Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsi daxildir.

Missiya çərçivəsində Azərbaycan iş adamları AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” qida sərgisi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda iştirak ediblər. Forumda 2017-ci və 2018-ci illər üçün pərakəndə ticarətin başlıca istiqamətləri, bu sahədə proqnozlar və tendensiyalar, istehlakçıları cəlb etmək üçün yeni strategiyalara dair müzakirələr aparılıb və iş adamları üçün master-klass keçirilib.

Tədbir çərçivəsində missiya iştirakçıları üçün Rusiyanın Şimal Qərb regionunun iri marketlər şəbəkələri ilə ikitərəfli görüşlər də təşkil olunub. “X5 Retail Group”, “Aşan”, “Maqnit”, “Diksi” və “Metro” kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını da təqdim ediblər.

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “Peterfood” sərgisinin rəsmi açılışında çıxış edən AZPROMO-nun vitse-prezidenti Yusif Abdullayev tədbir iştirakçılarına “Made in Azerbaijan” brendinin təbliği ilə bağlı Fərmanın icrası istiqamətində görülən işlər və AZPROMO-nun fəaliyyəti barədə məlumat verib. 

İxrac missiyası noyabrın 16-na qədər davam edəcək.  

1news.az

Paylaş:
731

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər