Azərbaycanın Baş naziri Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Baş naziri Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb – FOTO

15:09 - 16 / 07 / 2019
Azərbaycanın Baş naziri Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyulun 16-da Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri Valid bin Mohammad Al-Samaaninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərindən danışan Baş Nazir Novruz Məmmədov ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən ədliyyə sahəsində yaxşı əlaqələrin olduğunu bildirərək deyib: “Ölkələrimiz və xalqlarımız arasındakı dostluq və tərəfdaşlıq münasibətləri həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan danışıqlar sayəsində daha da möhkəmlənib. Əminəm ki, sizin səfəriniz də ölkələrimiz arasındakı əlaqələrin daha da genişlənməsinə öz müsbət töhfəsini verəcək”.

İki ölkə arasındakı siyasi əlaqələrin yüksək səviyyədə olduğunu söyləyən Novruz Məmmədov cari ilin iyununda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının XIV Zirvə toplantısında iştirak etmək üçün Səudiyyə Ərəbistanına etdiyi səfəri məmnunluqla xatırladıb. Baş Nazir iqtisadiyyatın müxtəlif istiqamətlərində, o cümlədən turizm, kənd təsərrüfatı sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb, qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Baş Nazir Novruz Məmmədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstəyə görə Səudiyyə Ərəbistanına minnətdarlığını ifadə edib.

Ədliyyə naziri Valid bin Mohammad Al-Samaani Səudiyyə Ərəbistanının bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığa önəm verdiyini diqqətə çatdırıb. Cari ilin əvvəlində iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandığını xatırladan nazir Valid bin Mohammad Al-Samaani iyulun 15-də isə Əməkdaşlıq Proqramının imzalandığını söyləyib. Qonaq Azərbaycanın ədliyyə sahəsində tətbiq etdiyi informasiya resursları, o cümlədən “Elektron məhkəmə” informasiya sistemi ilə tanış olduqlarını bildirərək deyib: “Ölkələrimiz arasında məhkəmə-hüquq sistemi və qanunvericilik sahələrində əməkdaşlıq üçün yaxşı imkanlar var. Səfərimizin məqsədi də müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə töhfə verməkdir”.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

S.Xankişiyeva

Paylaş:
566

Son xəbərlər

Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01
Bütün xəbərlər