Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi prezident seçkiləri ilə bağlı bəyanat səsləndirib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi prezident seçkiləri ilə bağlı bəyanat səsləndirib

22:53 - 19 / 04 / 2018
Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi prezident seçkiləri ilə bağlı bəyanat səsləndirib

ATƏT-in Daimi Şurasının 19 aprel tarixində keçirilmiş növbəti iclasında Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi tərəfindən ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat səsləndirilib.

Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, bəyanatda prezident seçkilərinin azad, demokratik, ədalətli və şəffaf şəraitdə 74.3 faiz kimi yüksək seçici fəallığı ilə keçirildiyi vurğulanıb və bunun seçicilərin seçki prosesinə etimadının göstəricisi olduğu qeyd edilib.

Seçkinin nəticəsində Prezident İlham Əliyevin 86.02 faizlik yüksək göstərici ilə seçicilərin etimadını qazandığı, bunun ölkə Prezidenti tərəfindən həyata keçirilən sosial, iqtisadi və siyasi islahatlara geniş ictimai dəstəyin bariz göstəricisi olduğu vurğulanıb. Qeyd edilib ki, rəsmi nəticələr seçkidən öncə və seçki günü yerli və beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları və exit-polların nəticələri ilə üst-üstə düşür. Bu bir baha göstərir ki, seçkilərin nəticələri Azərbaycan xalqının iradəsini və fikirlərini əks etdirilib.

Bəyanatda prezident seçkiləri ilə əlaqədar bütün hazırlıq işlərinin yüksək keyfiyyətlə və effektiv şəkildə həyata keçirildiyi, bütün fundamental hüquq və azadlıqlar, o cümlədən sərbəst toplaşma və söz azadlıqlarının təmin edildiyi, namizədlərə öz seçki kampaniyalarını azad və sərbəst şəkildə təşkil etmələri üçün bütün şəraitin yaradıldığı diqqətə çatdırılıb. Seçki öncəsi və seçki günü Azərbaycan tərəfindən nümunəvi şəffaflıq və açıqlıq nümayiş etdirildiyi qeyd edilib, seçkilərin 60 minlik yerli müşahidəçi ordusu, o cümlədən QHTtərəfindən irəli sürülmüş 4041 müşahidəçi ilə yanaşı, 59 ölkə və 61 beynəlxalq təşkilatı təmsil edən 894 beynəlxalq müşahidəçi tərəfindən müşahidəsi üçün bütün şəraitin yaradıldığı diqqətə çatdırılıb. Həmçinin, 1000 seçki məntəqəsində quraşdırılmış kameralar vasitəsilə onlayn müşahidə üçün şərait yaradıldığı qeyd edilib.

Keçirilmiş seçkilər müşahidəçilərin mütləq əksəriyyəti tərəfindən azad, ədalətli və şəffaf qiymətləndirilmiş və səsvermə mühüm nailiyyət kimi dəyərləndirilib. Vurğulanıb ki, seçkilər ölkənin demokratik inkişafı və demokratik institutların gücləndirilməsi istiqamətində mühüm mərhələ təşkil edir.

Buna baxmayaraq, ATƏT-in Demokratik Təsisatlar və İnsan hüquqlar Bürosu, ATƏT Parlament Assambleyası və AŞPA nümayəndələrindən ibarət müşahidə missiyasının ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirməsi və subyektiv iddialar və qərəzli siyasi yanaşma əsasında hazırlanmış ilkin hesabatla çıxış etməsinin dərin təssüf doğurduğu vurğulanıb.

Azərbaycan Daimi Nümayəndəliyi tərəfindən bildirilmişdir ki, seçki müşahidə missiyasının hesabatında çoxsaylı bir-birinə zidd olan məqamların və əsassız iddiaların əks olunması, bütövlükdə missiyanın bitərfliyini, obyektivliyini və peşəkarlığını ciddi sual altına qoyur. Fərdi qanun pozuntularının ümumiləşdirilərək, bütünlükdə seçki prosesinə şamil edilməsi missiya tərəfindən öz mandatının aşılması kimi qiymətləndirilir. Azərbaycan tərəfi seçki müşahidə missiyasının ilkin qiymətləndirməsini ədalətli və obyektiv hesab etmir və onu bütünlüklə rədd edir.

İclasda ABŞ, Avropa İttifaqı nümayəndə heyəti, Qazaxıstan, Rusiya, Gürcüstan, Türkiyə, Belarus, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistan nümayəndələri çıxış edərək seçkilərlə bağlı fikirlərini bölüşüb və təmsil etdikləri ölkələrin Azərbaycanın yeni seçilmiş Prezidenti və Azərbaycan xalqı ilə əməkdaşlığı daha da inkişaf etdirmək əzmində olduğunu təsdiq ediblər.

ATƏT Parlament Assambleyasının nümayəndəsi öz növbəsində Azərbaycanın ATƏT PA üçün əhəmiyyətli ölkə olduğunu və onunla əməkdaşlığa mühüm əhəmiyyət verdiklərini vurğulanıb. Seçkilərin müşahidəsi ilə bağlı Azərbaycan tərəfi ilə faydalı əməkdaşlıq etdiklərini qeyd edərək, qurumun sözügedən istiqamətdə Azərbaycanla əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətini bəyan edib.

Avropa İttifaqı adından səsləndirilən bəyanatda DTİHB-nin hesabatına istinadən irəli sürülən bəzi iradlarla bağlı Azərbaycan Daimi nümayəndəliyi tərəfindən qeyd edilib ki, Azərbaycan tərəfi Aİ-nin yüksək səviyyəli rəsmiləri tərəfindən verilən bəyanatlarla bu qurumun ATƏT yanında nümayəndəliyinin bəyanatı arasında fərqliliklərin olmasını ölkəmizə qarşı nümayiş etdirilən ikili standart siyasətinin nümunəsi kimi qoymətləndirir və bu cür yanaşmanı qətiyyətlə rədd edir. Azərbaycanın nailiyyətlərinin Aİ-nin Vyanadakı nümayəndəliyi tərəfindən diqqətdən yayınması və yalnız mənfi gündəlik üzərində diqqətin cəmlənməsi qəbuledilməzdir.

Daimi nümayəndəlik vurğulayıb ki, Azərbaycan tərəfi maraqlı tərəflər bərabərhüquqluluq və qarşılıqlı hörmət əsasında əməkdaşlığa açıqdır və tərəfdaşlarından analoji yanaşma nümayiş etdiriləcəyini gözləyir.

1news.az

Paylaş:
362

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər