Azərbaycanın “ASAN xidmət” modeli Monteneqro mətbuatının diqqətində | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın “ASAN xidmət” modeli Monteneqro mətbuatının diqqətində

15:37 - 05 / 12 / 2017
Azərbaycanın “ASAN xidmət” modeli Monteneqro mətbuatının diqqətində

Dekabrın 3-4-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti Monteneqroda səfərdə olub.

Səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Monteneqronun Dövlət İdarəçiliyi Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması və müvafiq sahədə qarşılıqlı fəaliyyətin təfsilatlarının müzakirə edilməsi idi.

1news.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən verilən xəbərə görə, Dövlət Agentliyinin nümayəndə heyətinin səfəri və imzalanmış Anlaşma Memorandumu Monteneqro mətbuatında geniş işıqlandırılıb.

Belə ki, portalanalitika.me, predsjpol.gov.me, pinkm.me, mecdm.me, standard.co.me və digər mətbuat orqanlarında dərc olunun məqalələrdə “ASAN xidmət”in Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə dövlət idarəetməsi sahəsində ölkədə aparılan islahatlar çərçivəsində təsis edildiyi vurğulanıb. Azərbaycanın bu brendinin BMT-nin Dövlət Xidmətləri Mükafatının qalibi olaraq dünyada bu sahədə ən qabaqcıl mexanizm kimi tanındığı bildirilib.

Qeyd olunub ki, paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində yerləşən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara dövlət və özəl qurumlar tərəfindən 250-dan çox xidmət göstərilir.

Monteneqro mətbuatında dünya standartlarına cavab verən “ASAN xidmət” mərkəzlərin fəaliyyəti barədə məlumat verilərək, bu Mərkəzlərdə insanlara operativ və rahat formada və müasir texnologiyalar və innovasiyalar tətbiq edilməklə xidmət göstərildiyi, bunun da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyanın qarşısının alınmasında mühüm rol oynadığı qeyd olunub.

S.Xankişiyeva

 

Paylaş:
529

Son xəbərlər

“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06
Bütün xəbərlər