Azərbaycanın Argentinadakı Səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Argentinadakı Səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

13:45 - 24 / 02 / 2018
Azərbaycanın Argentinadakı Səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Azərbaycanın Argentinadakı Səfirliyində Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, tədbirdə Argentina ictimai-siyasi dairələrinin, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin, müxtəlif gənclər və qeyri-hökumət təşkilatlarının, elmi-akademik çevrələrin və yerli KİV-lərin nümayəndələri iştirak edib.

Mərasimin əvvəlində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən səfir Rəşad Aslanov Xocalıda mülki əhaliyə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə törədilmiş soyqırım barədə məlumat verib və bu hadisənin XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” kampaniyası barədə danışan səfir, azərbaycanlı dinc əhalinin məhz milli mənsubiyyətinə görə məruz qaldığı bu amansız qətliamın beynəlxalq səviyyədə öz siyasi və hüquqi qiymətini tapmasının vacibliyini vurğulayıb. O, habelə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edilməsi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi və münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası , ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr barədə iştirakçılara məlumat verib.

Ardınca Xocalı soyqırımının dəhşətləri haqda çəkilmiş “Qaranlıqdan qaçarkən” adlı sənədli filim iştirakçılara təqdim olunub.

Filmin nümayişdən sonra Argentinanın La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi, professor Paulo Botta çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının acı nəticələri barədə danışıb, bu faciə və ümumilikdə münaqişə haqda Argentina ictimaiyyətində məlumatlılığın ildən-ilə daha da artdığını bildirib.

Tədbirdə həmçinin, La Plata Universitetinin Beynəlxalq Əlaqələr İnstitutun elmi işçisi və Argentina Katolik Universitetinin dosenti Ariel Levaggi də çıxış edərək Xocalı soyqırımı kimi faciələrin yalnız bir ölkəyə deyil, bütün bəşəriyyətə qarşı törədildiyini və bu kimi hadisələrin qarşısının alınması üçün dünya ictimaiyyətinin daim ayıq-sayıq davranmalı olduğunu bildirib.

Tədbirin sonunda qonaqlara Xocalı soyqırımı və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ispan dilində materiallar paylanıb.

S.Xankişiyeva

Paylaş:
494

Son xəbərlər

Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bakıda 22 yaşlı qız qətlə yetirilibBu gün, 10:18Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51
Bütün xəbərlər