Azərbaycanı Madriddə təmsil edəcək gənc futbolçular “Zirə” komandası ilə görüşüb – FOTO | 1news.az | Xəbərlər
Futbol

Azərbaycanı Madriddə təmsil edəcək gənc futbolçular “Zirə” komandası ilə görüşüb – FOTO

10:11 - 13 / 05 / 2019
Azərbaycanı Madriddə təmsil edəcək gənc futbolçular “Zirə” komandası ilə görüşüb – FOTO

“Zirə” ilə oyundan öncə “Dostluq üçün futbol” layihəsiylə bağlı Madridə yollanacaq “Sabah” futbol klubunun üzvləri futbolçularla görüşüblər.

1news.az-ın verdiyi xəbərə görə, sosial layihədə ölkəmizi təmsil edəcək azyaşlılar futbolçularımızın qoluna turnirin simvolu olan mavi-yaşıl rəngli qolbağı bağlayıblar.

Qeyd edək ki, “Sabah” futbol klubu (FK) bu il 7-ci dəfə təşkil olunacaq “Dostluq üçün futbol” (Football for Friendship) sosial layihəsinin iştirakçısı olacaq. Mayın 28-dən iyunun 2-dək İspaniyanın paytaxtı Madriddə baş tutacaq idman turnirində klubun üzvləri də iştirak edəcək.

Turnir 2013-cü ildən təşkil edilir. Yarışda bir çox ölkədən gəlmiş 12 yaşadək uşaqlar müxtəlif komandalara bölünürlər. Komandalar qrup və pley-off oyunlarından sonra qalibi müəyyənləşdirirlər. Yarışın builki iştirakçıları Çempionlar Liqasının 2018/19 mövsümünün “Vanda Metropolitano” stadionunda baş tutacaq final görüşünə canlı baxmaq imkanı qazanacaqlar. Azərbaycanı Madriddə “Sabah”ın U-12 komandasının futbolçuları Ayxan Əlizadə, Babamirzə Mehdiyev və və baş məşqçisi Samir Əbdürəhmanovla təmsil olunacaq. Bundan əlavə, ölkəmizdən bu yarışa futbolçu Fatimə Məhərrəmli və gənc jurnalist Timur Jeltenkov da qatılacaq.

Qeyd edək ki, “Dostluq üçün futbol” beynəlxalq uşaq sosial proqramı 2013-cü ildən keçirilir. Layihə dünyanın müxtəlif millətləri, müxtəlif yaşlarında və müxtəlif fiziki imkanlarında olan gəncləri birləşdirir. Layihənin məqsədi – uşaq futbolunu inkişaf etdirərək uşaqlarda digər xalqlar və mədəniyyətlərə etiram və tolerantlığı tərbiyə etməkdir. İştirakçıların dəstəkləyib irəliyə apardığı əsas dəyərlər – dostluq, bərabərlik, ədalət, sağlamlıq, sülh, sədaqət, qələbə, ənənələr və şərəfdir.

“Sabah” FK “Dostluq üçün futbol” sosial layihəsinin iştirakçısı olacaq

Azərbaycanı Madriddə təmsil edəcək futbolçuların adları açıqlanıb

Azərbaycanlı uşaqlar “Dostluq üçün futbol” beynəlxalq sosial proqramında təmsil olunacaq

MFL “Dostluq üçün futbol” layihəsində ustad dərsləri keçəcək – FOTO

“Dostluq üçün futbol” turnirində azərbaycanlı nümayəndə qapıçı kimi çıxış edəcək – FOTO – VİDEO

Azərbaycanlı məşhur modelyer “Dostluq üçün futbol” layihəsini dəstəklədi – FOTO

S.Xankişiyeva

 

Paylaş:
877

Son xəbərlər

Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03
Bütün xəbərlər