Səfir: Azərbaycandan 40 müşahidəçi Qazaxıstandakı seçkiləri izləyəcək | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycandan 40 müşahidəçi Qazaxıstandakı seçkiləri izləyəcək

16:33 - 22 / 05 / 2019
Səfir: Azərbaycandan 40 müşahidəçi Qazaxıstandakı seçkiləri izləyəcək

Qazaxıstanda iyunun 9-da keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı namizədlərin qeydə alınması prosesi başa çatıb. Dörd partiya seçkilərdə iştirak edəcək.

1news.az xəbər verir ki, bu barədə Qazaxıstanda prezident seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Beybit İsabayev keçirdiyi brifinqdə deyib.

O bildirib ki,  bu ilin martında Qazaxıstanda hakimiyyətin sülh yolu ilə ötürülməsi baş verdi. Bu proses konstitusiyaya tam uyğun şəkildə həyata keçirildi.

Diplomatın sözlərinə görə, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası tərəfindən hazırda prezident vəzifəsini icra edən Kasım-Jomart Tokayev daxil olmaqla 7  namizədi qeydə alıb.

Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün hazırda 125 xarici müşahidəçi qeydiyyatdan keçib. Ümumilikdə 10 beynəlxalq təşkilatdan min müşahidəçinin seçkiləri izləməsi gözlənilir:

"Azərbaycandan da nümayəndə heyəti dəvət olunub. Həm MSK-a, həm də Milli Məclis, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycandan  40 müşahidəçi gözləyirik".

Səfir əlavə edib ki, Qazaxıstanın Azərbaycandakı səfiliyində  vətəndaşların səs verməsi üçün 262 saylı səsvermə məntəqəsi açılacaq.

"Qazaxıstanla Azərbaycan arasındakı yüksək səviyyəli qardaşlıq münasibətləri ölkənin yeni rəhbərliyi dövründə də dinamik inkişafını davam etdirəcək", deyə İsabayev vurğulayıb.

Xatırladaq ki, Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev prezident seçkilərindəki "Nur Otan" Partiyasından Tokayevin namizədliyini irəli sürüb.

Pərvanə Sultanova

Paylaş:
486

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEOBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45
Bütün xəbərlər